29.04.2018 Gündəlik Bürclər (29 Aprel 2018 Günlük Bürclər)

28 Nisan 2018
5 285
0
29.04.2018 Gündəlik Bürclər (29 Aprel 2018 Günlük Bürclər)
Qoç - Neçə gündür ulduzlar əsəbi görkəm aldığınızı bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.

Buğa - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi taleyinizdə təkan olsun. Yaxşı olar ki, xırda məişət problemlərini kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.

Əkizlər - Kosmik ahəng gün ərzində varlanma ehtimalınızın yüksək olmasını göstərir. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.

Xərçəng - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliynizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdıra bilərsiniz. Səbəbsiz məsələlərə görə əsəblərinizi korlamayın.

Şir - Heç nədən narahat olmayın. İradəniz hesabına özünüzü daxilən rahatlayın. Ulduzlar nahardan sonra sevindirici xəbərlər, perspektivli təkliflər alacağınızı bildirir.

Qız - Yersiz lovğalıq, acıdillilik etmək sizə yaraşmır. Hətta belə bir təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi yanaşın. Sevdiyiniz adamları xoşhal edin.

Tərəzi - Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdələşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.

Əqrəb - Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.

Oxatan - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.

Oğlaq - Ümumi halsızlığınızı nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünki səhhətinizdə baş qaldıran xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət yetirin.

Dolça - Aktiv gündür. Nə qədər çətin olsa da, ağıllı risk edib öz perspektivlərinizə yaxınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.

Balıqlar - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Deməli, usanmamalı, yalnız əzmkarlığınızı artırmalısınız. Çünki indi sizin ən enerjili vaxtınızdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.