14.07.2018 Gündəlik Bürclər (14 İyul 2018 Günlük Bürclər),gunluk burcler,2018,iyul,gundelik,astroloji,ulduz fali

14.07.2018 Gündəlik Bürclər (14 İyul 2018 Günlük Bürclər)

13 July 2018
3 308
0
14.07.2018 Gündəlik Bürclər (14 İyul 2018 Günlük Bürclər)
Qoç - Ötən ongünlükdə yığdığınız gərginliyi dəf etmək üçün mənəvi istirahətə, sevdiyiniz insanlarla bir araya gəlməyə daha çox yer verin. Büdcənizdə müsbət dəyişiklik də gözlənilir.

Buğa - Bu gün aldığınız istənilən iş təklifinin müsbət nəticəsi olacaq. Odur ki, bəzi adamların paxıllıqdan doğan "məsləhətlərinə" əhəmiyyət verməyin. Kasıbçılığı sınaq kimi dəyərləndirin.

Əkizlər - Qarşınızda əsl biznes günü durub. Odur ki, vaxtı fövtə verməməli, qarşınıza çıxan hər bir şansdan yararlanmalısınız. Köhnə ideyalara yenidən baxmaq da olar. Ünsiyyətdə acıdil olmayın.

Xərçəng – İxtiyarınızda olan bu gündə daha çox istirahətə önəm verin. Hansısa mübahisəli məsələlərə aydınlıq gətirməyə tələsməyin. Əks təqdirdə baş verənlər əsəbləriniz tarıma çəkəcək.

Şir - Bütün gücünüzü daxili sabitliyin bərpasına sərf edin. Onsuz da gün ərzində qeyri-adi yeniliyin şahidi olmayacaqsınız. Kosmik fonun bürcünüzdəki neqativliyini nəzərə alın.

Qız - Pul qazanmaq üçün şanslı təqvim olsa da, münasibətlər zəminində ölçülü-biçili davranmalısınız. Ailə-sevgi davranışlarında özünüzü çoxbilmiş və haqlı kimi göstərməyin.

Tərəzi - Hazırda qərar tutduğunuz ünvanlarda önəmli yeniliklər gözlənilmədiyi üçün ulduzlar vaxtınızı səfər və qonaqlıqlara həsr etməyi daha münasib sayır. İmansız adamlardan qaçın.

Əqrəb - Hər mənada gərgin gündür. Bu səbəbdən hətta kiməsə salam verərkən də ehtiyatlı olun. Nəqliyyata az minin, ümumiyyətlə, iqlimin təhərindən asılı olaraq daha çox ev şəraitində olmağa çalışın.

Oxatan – Son aylar sanki tam real olan bütün işləriniz boşa çıxıb. Bu səbəbdən də əsəbi və bədbin olmusunuz. Elə isə bu günə ümid bəsləməyə dəyər. Amma danışıq aparan zaman güzəştə çox getməməlisiniz.

Oğlaq - Sağlıq durumunuzda fəsadlar gözlənilir, amma həkimlərin yanlış diaqnozu da mümkündür. Odur ki, özünüzə özünüz əncam çəkin. Xalq təbabəti üsullarından da yararlanmaq olar.

Dolça - Baxmayaraq ki, çoxları istirahətə köklənib, sizin üçün daha çox aktivlik ərəfəsidir. Çünki bu təqvimdə elə planlarınız həyata keçə bilər ki, növbəti yarım ayda sizə səmərə verər.

Balıqlar - Qoroskopa görə bu günün ən aktiv bürcü siz olmalısınız. Amma özünüzü hər hansı xəstəlikdən qoruyun ki, əhvalınız aşağı düşməsin. Belə probleminiz olmasa, hər şey xeyrinizə olacaq.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz