04.11.2018 Gündəlik Bürclər (4 Noyabr 2018 Günlük Bürclər)

03 Kasım 2018
5 301
0
04.11.2018 Gündəlik Bürclər (4 Noyabr 2018 Günlük Bürclər)
Qoç- Günün ilk yarısında bir qədər xoşagəlməz situasiyalarla rastlaşa bilərsiniz. Özünüzü təmkinli aparın. Sonrakı saatlarda sevdiyiniz adamların əhatəsində olun. Elektriklə ehtiyatlı davranın.

Buğa- Qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi işlərə girişmək yolverilməzdir. Yaxşı olar ki, bu ərəfədə yalnız daxili sabitliyinizi qoruyasınız. Xətakar olmayın.

Əkizlər- Bütün diqqətinizi istirahətə yönəltsəniz, daha xoş ovqat qazana bilərsiniz. Çünki bu təqvimdə fəaliyyətə ara verməyiniz, əvəzində qonaqlıq və səfərə getməyiniz məsləhət görülür.

Xərçəng- Saat 12-yə qədərki vaxtı gərginlik içərisində başa vura bilərsiniz. İnsanlar müxtəlif xislətli olduqlarından təmkininizi artırmalısınız. Sonra isə proseslər xeyrinizə cərəyan edəcək.

Şir- İxtiyarınızda olan bu gündə ovqatınızın yüksək olacağına şübhə etməməlisiniz. Romantik görüş və qonaqlıqlar yolunuzu gözləyir. Axşama yaxın mövcud problemlərinizin həlli üçün dəstək alacaqsınız.

Qız- Maddi problemləriniz olsa da, astroloji göstəricilər bunun qanqaraçılığa səbəb olmayacağını vurğulayır. Əksinə, çoxdan görmədiyiniz yaxınlarınızla əlaqə yaradıb rahatlanacaqsınız.

Tərəzi- Deyəsən iqlimin şıltaqlığı səhhətinizi zəiflətmək fikrindədir. “Hakim” olan Əqrəb sizin bürcə müxalif olsa da, məğlub olmaq sizə yaraşmaz. Qonaq getmək düşərli olsa da, başqa ünvanda gecələməyin.

Əqrəb- Hər bir ixtiyar öz əlinizdədir. Bu təqvimin axarı və nəticəsi atacağınız addımlardan asılı olacaq. Ulduzlar ağır işlərdən kənarlaşmağı məsləhət görür. Səfərə də çıxmaq olar.

Oxatan- Ötən günlərlə müqayisədə rahatlığınız bir qədər artacaq. Müsahiblərinizlə maraqlı olmayan mövzulardan bəhs etməyin. Yeni əlaqələr yaratmaq fikrinizdə qətiyyətli olun.

Oğlaq- Ulduzlar xəbər verir ki, ötən günlərdə bir neçə səhv qərar çıxarmısınız. Bu səbəbdən də çətinlikləriniz artıb. İxtiyarınızda olan bu günü həmin səhvləri aradan qaldırmağa yönəltməlisiniz.

Dolça- Daxili orqanlarınızda nasazlıq əmələ gələ bilər. Bu amili nəzərə alıb geyiminizə və qidanıza fikir verin. Qonaq getdiyiniz təqdirdə soyuq və spirtli içkilərdən uzaq olun.

Balıqlar- Bu arada uzaq səfərə çıxmasanız, hansısa problemlə rastlaşmayacaqsınız. Çalışın ki, ürəyiniz istəyən adamların arasında olasınız. Sübuta yetirilməmiş səhvlərə görə kimisə qınamayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.