12.01.2019 Gündəlik Bürclər (12 Yanvar 2019 Günlük Bürclər)

11 yanvar 2019
5 113
0
12.01.2019 Gündəlik Bürclər (12 Yanvar 2019 Günlük Bürclər)
Qoç
Günün əsas hissəsini faydalı, amma maraqsız və çox da xoş olmayan işə həsr edəcəksiniz. Ürəyinizə yatmayan işlə məşğul olmaq sizi hövsələdən çıxaracaq. Ehtimal ki, gəliriniz olacaq. Çoxdan qalan mülk və ya maliyyə məsələsini həll edəcəyiniz də gözlənilir. Yaşayış yerinin dəyişdirilməsi baxımından əlverişli gündür.

Buğa
Səhvlərdən qaçmaq üçün başqasının təcrübəsindən bəhrələnməkdən utanmayın. Günün problemlərinin öhdəsindən gələcəksiniz. Işdə (halbuki siz uğur qazanacağınızdan əlinizi üzmüşdünüz) proqres olacağı bildirilir. Uğurlu şərait imkanınızı da yaxşılaşdıracaq. Uzaqdan xeyir xəbər eşidəcəksiniz. Uzaq qohumunuzun sizə təşrif gətirməsi də istisna deyil.

Əkizlər
Gözlənilməz çətinliklərlə üzləşəcəksiniz, amma siz özünüzü itirməyəcəksiniz. Nə qədər çətin iş olursa olsun, “Əkizlər” daha da böyük səylə işə girişirlər. Çoxdan görmədiyiniz adamla görüşmək üçün münasib gündür. Küsüşmələrdən sonra barışmaq şansınız olacaq.

Xərçəng
Bugünkü hadisələrə çox kəskin reaksiya verəcəksiniz. Hətta diqqətə layiq olmayan olay belə sizin bərk həyəcanlanmağınıza səbəb ola bilər. Bu gün çox səbirsiz olacaqsınız. Təmkinli şəxslər sizi qıcıqlandıracaq.

Şir
Gündəlik işlərlə məşğul olmaq çətin olacaq. Könlünüzdən maraqlı, qeyri-adi yenilik keçəcək. Bu səbəbdən də bürcün bəzi nümayəndələri təhlükəli hadisələrin iştirakçısı ola bilər. Şəxsi müstəvidə hansısa qərara imza atmayın, o cümlədən iş yerinin, yaxud da yaşayış məkanının dəyişdirilməsi üçün əlverişli gün deyil.

Qız
Öz problemlərinizin həlli ilə yanaşı başqalarına da yardım etməyi unutmayacaqsınız. Gün çox gərgin və yorucu keçə bilər. Bu üzdən də yaxşı olardı ki, vaxtlı-vaxtında fasilə edəsiniz. Bu günə yeni tanışlıq gözlənilmir. Yaradıcılıq potensialınızda da eniş gözlənilir.

Tərəzi
Bu gün daha çox incəsənətlə maraqlanacaqsınız. Muzey, konsert və ya teatra getmək sizi sevindirəcək. Pozitiv emosiyalar sizə yeni maraqlı şəxslərlə tanışlıq qazandıracaq. Ehtimal ki, qeyri-adi olduğu qədər uğurlu alış-veriş edəcəksiniz. Gəzinti üçün müünasib gündür.

Əqrəb
Ətrafdakılar ümidini sizə bağlayacaq və bu da sizin xoşunuza gələcək. Siz işinizə məsuliyyətlə yanaşacaqsınız. Gün təhsil almaq üçün münasibdir. Diqqəti özünüzə yönəltmək xoşunuza gəlir. Bu üzdən bəzən gözlənilməz addımlar atırsınız. Zarafatlaşarkən ehtiyatlı olun. Zarafatlarınız gülməli deyil, kəskin ola bilər.

Oxatan
Əhatənizdəkiləri yaxşı başa düşəcəksiniz. Ancaq öz istək və arzularınıza gəlincə, burada vəziyyət başqadır. Bu səbəbdən də günün əsas hissəsini şübhə və qarmaqarışıq fikirlər arasında keçirəcəksiniz. Yaxınların mənəvi dəstəyinə arxalana bilərsiniz. Ancaq maddi yardım gözləməyin.

Oğlaq
Işgüzar həmkar axtarışı, şəxsi münasibətlərin qaydaya salınması baxımından əlverişli gündür. Çox cazibədar görünəcəksiniz. Ona görə də əks cinsin nümayəndələrinin diqqətindən kənarda qalmayacaqsınız. Ancaq rəğbət qazanmaqla yanaşı yeni düşmənlərinizin də peyda olacağı ehtimalı var. Alğı-satqı üçün münasib gündür.

Dolça
Enerjili və qərarlısınız. Bu da istənilən tapşırığın öhdəsindən gəlməyə kömək olacaq. Xoşagəlməz adamlar yolunuzdan çəkiləcəklər. Bu gün azad hərəkət etməyi seçəcəksiniz. Şəxsi müstəvidə də təşəbbüsü ələ alacaqsınız. Mətbəx ləvazimatı və ya qab-qacaq almaq üçün münasib gündür. Kulinariya eksperimentləriniz də uğurlu olacaq.

Balıqlar
Gün xoşagəlməz sürpriz gətirəcək, amma siz situasiyanın öhdəsindən gələcəksiniz. Bürcün bəzi nümayəndələri sevmədikləri adamdan kömək istəyəcəklər. Işgüzar partnyorlarla aranızda fikir ayrılığı olacaq. Əməkdaşlıqla bağlı söhbətləri təxirə salın. Yaxınlarınızla aranızda mübahisənin düşməsinə imkan verməyin. Əks halda münaqişə qaçılmazdır.
Şərh Yaz