2019-cu ildə xoşbəxt olmağın YOLLARI - Məşhur astroloq SİRLƏRİ AÇDI

28 Aralık 2018
2 140
0
2019-cu ildə xoşbəxt olmağın YOLLARI - Məşhur astroloq SİRLƏRİ AÇDI
Rusiyanın tanınmış astroloqu Vasilisa Volodina 2019-cu ildə xoşbəxt olmaq və müvəffəqiyyət qazanmaq üçün bəzi inciklikləri və xüsusiyyətləri 2018-ci ildə qoymağı tövsiyə edib.

Feat.Az
astroloqun gələn ilin yaddaqalan və uğurlu olması üçün bürclər üzrə hazırladığı məsləhətləri təqdim edir.

Qoç

Qoçlar, yaxınlarınızla münasibətlərdə inadkarlığı 2018-ci ildə saxlayın. Bu, sizə kömək etmir, əksinə hər şeyi məhv edir, sevdiklərinizlə uzlaşmağı öyrənin. Ancaq karyerada əzm və inadkarlıq nümayiş etdirmək çox faydalıdır.

Buğa

Buğalar, özünüzə qənaət etməyi dayandırın. Bu yolla siz maliyyə axınına doğru hərəkət etmirsiniz. Özünüzə hədiyyələr edin.

Əkizlər

Əkizlərdə hər şey yaxşı olacaq, ancaq eqoizmi keçmişdə tərk etməlisiniz. Başqalarına yardım edin və əmin olun ki, xeyirxahlıq dalğası bir gün mütləq sizə tərəf dönəcək.

Xərçəng

Bütün diqqəti mənfi istiqamətdə cəmləşdirmək vərdişini tərgidin. Bununla siz uğursuzluqları özünüzə cəlb edirsiniz. Qəlbinizi sevgi ilə doldurub onu bütün gözəlliklərə açıq elan edin, çox keçməz ki, arzularınız reallaşar.

Şir

Özünü ittiham etmək vərdişini 2018-ci ildə qoyun. Olan olub, onsuz da sonrakı peşmançılığın heç bir faydası yoxdur, məmnuniyyət hissiylə yaşamağı öyrənin. Beləliklə, zənginlik və uğur sizə tərəf gələcək.

Qız

Hər şeyi nəzarət altında saxlamaq arzusunu heç bir təəssüf hissi keçirmədən 2018-ci ildə qoyun. 2019-cu ildə sizin üçün ən yaxşı hadisələr hər şey nəzarətdən çıxdıqda baş verəcək.

Tərəzi

Sevimli Tərəzilər, qabiliyyətlərinizə şübhə ilə yanaşmağı 2018-də tərk edin. Sizdə hər şey alınacaq, 2019 sizə müvəffəqiyyət vəd edir.

Əqrəb

Hörmətli Əqrəblər, ətrafınızdakı insanlara güvənsizliyi 2018-ci ildə qoyun. Etibar edin və həqiqətən yaxşı insanlarla əhatə olunduğunuzdan əmin olun.

Oxatan

Sevdiyiniz insanların fikirlərinə qarşı laqeyd münasibəti 2018-ci ildə qoymaq məsləhətdir.

Oğlaq

Dəyərli Oğlaqlar, təmkinliyi 2018-də qoyun. Duyğularınızı sərbəst buraxın və yeni tanışlıqlara yelkən açın.

Dolça

Həssas Dolçalar hətta ondan heç nə xahiş etməyən insanlara yardım etmək vərdişini tərk etməlidir. 2019-cu ildə uğur qazanmağın ən yaxşı yolu bütün diqqəti öz üzərinə cəmləməkdir.

Balıq

Mehriban Balıqlar, özünüzü ətraf mühitdən təcrid etməyə dəyməz, ulduzlar 2019-cu ildə yeni tanışlıqlara və maraqlı sərgüzəştlərə hazır olmağı tövsiyə edir.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.