09.04.2020 Gündəlik Bürclər (9 Aprel 2020)

08 Nisan 2020
4 576
0
09.04.2020 Gündəlik Bürclər (9 Aprel 2020)
Qoç
Seminar və kofranslarda iştirak etmək, işgüzar danışıqlar aparmaq üçün münasib gün deyil. Heç də xoş olmayan xəbər alacağınız gözlənilir. Informasiyanın doğru olub-olmadığını dəqiqləşdirin. Qohumlarla aranızda xırda məsələlər üstündə mübahisə yaşanacaq. Xoşbəxtlikdən mübahisə barışıqla nəticələnəcək.

Buğa
Vacib məsələlərin həlli üçün əla gündür. Işdə nüfuzunuz yüksələcək. Bircə təşəbbüs kifayət edər ki, siz karyera pilləsində irəliyə gedəsiniz. Romantik və dostluq görüşləri baxımından da uğurlu gündür. Bu gün parlamaq eşqinə düşəcəksiniz və bu, sizdə alınacaq.

Əkizlər
Bu gün maraq göstərdiyiniz işlərlə məşğul olmağınız məsləhət görülür. Bu işləri tamamlamaq sizin üçün asan olacaq. Işdə müdiriyyət və ya həmkarlarla mübahisə etməyin. Maraqlı tanışlıq, romantik əyləncə də istisna deyil. Ehtimal ki, ya gəliriniz olacaq, ya da qiymətli hədiyyə alacaqsınız.

Xərçəng
Işdə uğurlar gözlənilir. Ara-sıra xırda problemlər yaranacaq, ancaq onları müttəfiqlərinizin yardımı ilə aradan qaldıracaqsınız. Biznes işlərində investisiya yatırımı, texniki avadanlıq almaq üçün münasib gündür. Yaxşı olar ki, istirahət üçün evinizi seçəsiniz. Yaxınların əhatəsində yaxşı istirahət edəcəksiniz.

Şir
Daşınmaz əmlakla bağlı sövdələşmələr aparmaq olar. Ev işləri vaxtınızın çox hissəsini alacaq və bu işlər sizə həmişəkindən darıxdırıcı görünəcək. Məişət texnikasının sınmaq ehtimalı da var. Gələcəklə bağlı planlar qura bilərsiniz. Gücünüzü düzgün dəyərləndirəcəksiniz və bütün faktorları incələyəcəksiniz.

Qız
Günün hadisələrinə kəskin reaksiya verəcəksiniz. Darıxdırıcı işlərlə məşğul olmayın. Yaxın ətrafınızla yaxşı dil tapacaqsınız. Siz nə istədiyinizi yaxşı biləcəksiniz. Yaşlı qohumlarla ünsiyyətdən zövq alacaqsınız. Ailə mərasimlərinin təşkili üçün də münasib gündür.

Tərəzi
Problemləri həll etmək üçün yeni üsullara əl atacaqsınız. Yeni müttəfiq tapmaq üçün də münasib gündür. Çoxları tərəfindən bəyəniləcəksiniz. Bu vəziyyət yarınızın qısqanmasına səbəb olacaq. Bürcün tənha nümayəndələrinin yarılarını tapacağı istisna deyil.

Əqrəb
Işdə diqqətinizi toplamaq çətin olacaq. Ətrafda baş verənlərə sakit baxa bilməyəcəksiniz. Təkcə həmkarlarla deyil, ailə üzvlərinizlə də aranızda problemlər yaşanacaq. Maliyyə tərəfdən gün uğursuzdur, gözlədiyiniz məbləğin gəlişi gecikir.

Oxatan
Vacib işlərdə uğur qazanacaqsınız, ancaq xırda uğursuzluqlar da gözlənilir. Boş söhbətlərə vaxt ayırmayın, sizin daha vacib işləriniz var. Müttəfiqlərin yardımına ehtiyacınız olacaq. Əyləncəyə də vaxt ayıra bilərsiniz. Işgüzar danışıqlara tək getməyiniz məsləhət deyil.

Oğlaq
Günün birinci yarısını şən keçirin. Bu zaman kəsiyi işgüzar danışıqların aparılmasına və yeni işlərə başlamaq üçün əlverişsizdir. Getdikcə işgüzar aktivliyiniz artacaq. Axşama doğru işlər görmək həvəsiniz artacaq. Gözlənilməz görüşlər ola bilər. Romantik görüş üçün günün ikinci yarısı münasibdir.

Dolça
Bu günün tələbi istənilən problemləri təklikdə həll etməklə bağlı olacaq. Rəhbərliyin tələbi çox olacaq, amma mükafat vəd etməyəcək. Buna baxmayaraq, zəhmətiniz hədər getməyəcək. Axşam saatları xoş xəbərlərlə sizi sevindirəcək. Gəlirinizin olacağı da gözlənilir.

Balıqlar
Bu gün hamı sizdən gen gəzəcək. Eksperimentlər aparmayın. Gün maliyyə baxımından da əlverşli olmayacaq. Bu səbəbdən yalnız planlaşdırılmış alış-veriş edin. Ailədə fikir ayrılığı ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.