15.06.2020 Gündəlik Bürclər (15 İyun 2020)

14 Haziran 2020
3 453
0
15.06.2020 Gündəlik Bürclər (15 İyun 2020)
Qoç
Müəyyən mövzularda daha təmkinli olmalısınız. Bir sıra şəxslər sizin şəxsi həyatınızla əlaqədar məlumatları sizə zərər verəcək şəkildə istifadə edə bilər. Imicinizi və imkanlarınızı daha yaxşı mühafizə etməlisiniz. Sizə maraqlı gələn və kef verən fəaliyyətlərə vaxt ayıra bilərsiniz.

Buğa
Dəyişikliklərlə ayaqlaşın. Digər tərəfdən, prinsiplərinizdən kənara çıxmamağa da diqqət göstərin. Təcrübələrinizdən istifadə edə bilər, yeni təşəbbüslərlə fərqli olduğunuzu nümayiş edə bilərsiniz. Səyahət, romantik görüşlər gözlənilir.

Əkizlər
Yaxın ətrafınızla olan əlaqələrinizdə daha ağıllı hərəkət etmək faydalı olar. Ancaq başqalarının düşüncələrinin sizin xəyal gücünüzü baltalamasına icazə verməyin. Rəqabət və ya mübarizə tələb edən vəziyyətlərdə özünüzə fərqli bir metod seçin.

Xərçəng
Öz qərarlarınızı özünüz verməlisiniz. Başqalarının sözləri və davranışları sizi təsir altına salmasın. Evə yaxın qalmağa və fərqli mədəniyyətlərdən olan kəslərlə mübahisəyə girişməməyə diqqət göstərin. Yardımsevər və dözümlü olmanız əlaqələrinizi gücləndirəcək. Xarici görünüşünüzdə bir sıra dəyişikliklər edəcəksiniz.

Şir
Daxili səsiniz ən böyük yol göstəricidir. Romantik baxımdan çıxılmaz vəziyyətə düşdüyünüzdə hissləriniz sizə köməkçi olacaq. Problemləri ağılla həll etməyiniz sayəsində tərəqqi gözlənilir. Başqalarının fikirlərinə çox da fikir verməyin.

Qız
Şəxsi əlaqələrinizdə bəzi sərhədləri aşmayın. Ağılınıza gələnləri başqaları ilə paylaşmanız bir sıra problemlərin həlli ola bilər. Edəcəyiniz müəyyən dəyişikliklər ailə yaşantınıza da müsbət enerci gətirəcək. Pul sarıdan üzünüz güləcək.

Tərəzi
Başqalarının davranışları sizi narahat edirsə, buna səssiz qalmayın. Sağlamlığınızı, evinizi və imkanlarınızı yaxşı mühafizə etməlisiniz. Etibarınızı, ya da yalnız gücünüzdən istifadə edərək məqsədə çata bilməzsiniz. Ağıl və məntiq hər zaman daha faydalıdır.

Əqrəb
Bəzi addımları yalnız sizin atmanız lazımdır. Hədəflərinizə çatmaqda yardımçı ola biləcək kəslərlə daha tez ünsiyyət qurmalısınız. Yeni tanış olduğunuz bir adam sizə bəzi fürsətlərin qapısını aça bilər. Səyahət, təlimatçı fəaliyyətlər və proqramlar da gözlənilir.

Oxatan
Bəzi məqsədlərə nail olmaq üçün daha çox çalışmalı və səy göstərməlisiniz. Işinin öhdəsindən kifayət qədər gəlməyənlər sizi hirsləndirəcək. Qarşı tərəfi başa düşməyə və səbirli olmağa çalışın.

Oğlaq
Yeni fikirlərə açıq olun. Deyilənlərə kor-koranə inanmanız, ya da hər şeyə xəyalpərəst kimi yanaşmanız ünsiyyətdə böyük problemlərə səbəb ola bilər. Daxili səsinizə qulaq asın. Romantik xasiyyətiniz sizi yeni və qeyri-adi sahələrə istiqamətləndirə bilər.

Dolça
Bəzi hadisələrin bir nəticəyə varmasını gözləyərkən, digər tərəfdən xüsusi və parlaq fikirlərlə yeni layihələr yarada bilərsiniz. Pul mövzusunda diqqətli olun. Daha çox nədən zövq alırsınızsa, o işlə məşğul olun.

Balıqlar
Bu günlərdə ictimai fəaliyyətlərə qatılaraq, yeni tanışlar qazana bilər, əhəmiyyətli adamlarla bir araya gələ bilərsiniz. Bir nəticəyə çatmasını istədiyiniz mövzular üçün daha ciddi bazarlıq etməli və güclü əlaqələr qurmalısınız. Eşq həyatınızda müsbət təsir altındasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.