05.07.2020 Gündəlik Bürclər (5 İyul 2020)

04 Temmuz 2020
3 568
0
05.07.2020 Gündəlik Bürclər (5 İyul 2020)
Qoç – öz enercinizlə bölüşərək verdiyinizin qarşılığını ikiqat alırsınız. Həm özünüzlə, həm ətraf aləmlə tam ahəngdarlıq yaşayırsınız. Bu, həm müxtəlif həzzləri dadmağa, həm də yaradıcı potensialınızın artmasına rəvac verir.

Buğa – yoxlamalara, nüfuzlu şəxslər tərəfindən ciddi nəzarətə hazır olun. Bütün səhvlərinizi görəcək, ortaya çıxaracaqlar. Nailiyyətləriniz də diqqətdən kənarda qalmayacaq, ancaq onlara görə mükafatlarınızı xeyli gözləməli olacaqsınız. Vacib danışıqları təxirə salın, uzunmüddətli müqavilələr imzalamayın.

Əkizlər – boynunuza heç cür yerinə yetitrə bilməyəcəyiniz öhdəliklər götürmək riskiniz var. Çoxlu sayda məsləhət alırsınız, amma onlara əməl etmək elə də asan deyil. Mübahisələrdən qaçın, öz bildiyiniz kimi hərəkət etməyə çalışın, təcrübənizə güvənin.

Xərçəng – rəhbər kimi tapşırıq verəndən sonra müşahidə və nəzarət etməyi də unutmayın. Sizinlə yaxından tanış olmaq və tezliklə ailə qurmaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Amma tələsməyin, sizi maraqlandıra bilmiş insanın məqsədlərini özünüz üçün dəqiq təyin edin.

Şir – hətta ən darıxdırıcı iş sizə maraqlı gəlir. Bir işə əl atan kimi də həmən sizə kömək etmək, hətta sizin yerinizə işləmək istəyənlərin sayı artır. Imtina etməyin. Amma bir məqamı da unutmayın: əlinizi işdən soyudub aralanan kimi, “köməkçiləriniz” də ardınızca gələcəklər.

Qız – doğmalarınıza qayğı və hörmətlə yanaşın, onların səbrini tükətməyin. Kimisə tənqid etməyin. Bu gün çətin şəraitə düşən insanlar məhz sizin dəstəyinizə ehtiyac duyacaqlar.

Tərəzi – sözlərinizdə diqqətli olun. Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın.

Əqrəb – müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. Iti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin.

Oxatan – hesablamalar və rəqəmlərlə bağlı işlər isə xüsusi diqqət tələb eir. Hər şeyi üç-dörd dəfə təkrar-təkrar yoxlayın. Xırdaca bir səhv sizə çox baha başa gələ bilər. Bahalı, gözlənilməz və bu səbəbdən də çox xoş hədiyyələr ala bilərsiniz.

Oğlaq – yeniliklərdən qorxmayan, eksperiment, kəşf etməyi xoşlayan Oğlaq üçün əla gündür. Bu bürcün nümayəndələri işdə təqdirəlayiq cəsarət göstərir və karyerada irəliləmək üçün yaxşı zəmin hazırlayırlar. Təşkilati bacarıqlarınızı daha parlaq nüumayiş etdirməyə çalışın, göstərin ki, nəinki əla iş icraçısı, eyni zamanda gözəl rəhbərsiniz.

Dolça – şəxsi həyatınızda isə, əksinə, başqalarına təşəbbüs göstərməyə imkan yaradın. Bu gün, nəhayət, ətrafınızdakıların sizə necə münasibət bsələdiklərini ayırd edəcək və gələcək üçün planlarınızı dəqiqləşdirəcəksiniz.

Balıqlar – entuziazmınız aşıb-daşır, enerciniz çoxdur, bir yerdə qərar tuta bilmirsiniz. Hansı işdən yapışırlar-yapışsınlar, Balıqlar bu gün öz işgüzarlıqları ilə bədbinləşən insanlara ilham verirlər. Müxtəlif səbəblərdən əzab çəkənlər bu gün gəlib sizi tapırlar, sizin də onlara təskinlik verərək, inamlarını artırmaq üçün qüvvəniz yetir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.