19.08.2020 Gündəlik Bürclər (19 Avqust 2020)

18 Ağustos 2020
3 413
0
19.08.2020 Gündəlik Bürclər (19 Avqust 2020)
Qoç
Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz.

Buğa
Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq.

Əkizlər
Inadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox “Əkizlər”i bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar.

Xərçəng
Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o sıradan başqa yerə köçmək və ya tikinti üçün münasibdir.

Şir
Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi “Şir”lər düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar.

Qız
Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar.

Tərəzi
Siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz. Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta sevindirəcək.

Əqrəb
Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qədər yüksək olsa, o qədər yaxşıdır.

Oxatan
Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox “Oxatan”lar üçün dalandan çıxış yolu olacaq.

Oğlaq
Intuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın.

Dolça
Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq.

Balıqlar
Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox “Balıqlar” sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.