20.11.2020 Gündəlik Bürclər (20 Noyabr 2020)

19 Kasım 2020
2 688
0
20.11.2020 Gündəlik Bürclər (20 Noyabr 2020)
Qoç
Gün xoş və məhsuldardır. Vaxtınızı boş yerə itirməyin. Çünki bu gün çox işin öhdəsindən gəlmək olar. Bilik və bacarığınızdan bəhrələnərək rəqiblərinizi geridə qoya bilərsiniz. Əhatənizdə olanlarla münasibətlərinizə aydınlıq gətirəcəksiniz.

Buğa
Xoş xəbər və yaxşılığa doğru dəyişiklik arzusundasınız. Təəssüf ki, heç biri üçün münasib gün deyil. Məhz bu səbəbdən də bürcün bir çox nümayəndələrinin əhvalı pozulacaq. Yeni mərhələnin başlanmasının həsrətindəsiniz. Dostlarınızla məsləhətləşin ki, bu yolda səhvlər etməyəsiniz.

Əkizlər
Gün sizi həyəcanlanmağa vadar edəcək. Günün birinci yarısı aldığınız təklif üzərində düşünəcəksiniz. Bəla bundadır ki, sizi tələsdirməklə düşünməyə imkan verməyəcəklər. Günün ikinci hissəsində valideynlərinizlə aranızdakı münasibətlər gərginləşəcək.

Xərçəng
Başgicəlləndirici qələbələrə, uğurlu təsadüflərə ümid etməyin. Düzdür, bu gün elə bir ciddi problem olmayacaq. Sakit işlə istədiyiniz nəticəni əldə edəcəksiniz. Ehtimal ki, gəliriniz olacaq. Romantik məcrada inkişaf edən əlaqə tezliklə sizi təəccübləndirəcək.

Şir
Günün hadisələri istədiyiniz istiqamətdə inkişaf etməyəcək və siz də ona müvafiq olaraq planlarınızı dərhal dəyişməli olacaqsınız. Bu, sizin üçün xoş olmasa da, təcrübənin faydası var. Bu gün başqalarının probleminin həllinə yardımçı olacaqsınız.

Qız
Gözlədiyinizdən fərqli olaraq, gün çətin keçəcək. Dostlarla mübahisə edəcəyiniz ehtimal olunur. Mübahisəyə səbəb isə mənasız bir mövzu olacaq. Yaxın adamınızla aranızda sülhün olmasını istəyirsinizsə, onda güzəştə getməyi bacarın.

Tərəzi
Bu gün kifayət qədər çətin olacaq. Çünki çətin bir işi icra etməli olacaqsınız. Proseslərin gedişatı göstərəcək ki, bu iş düşündüyünüz kimi asan deyilmiş. Bu işlə əlaqədar kimlərisə köməyə çağıracaqsınız.

Əqrəb
Sizin üçün çox uğurlu gündür. Günün birinci yarısı işgüzar qələbələrlə bağlı olacaq. Şəxsi müstəvidə əlaqələrdəki harmoniya pozulmayacaq. Ailə üzvlərinizlə ünsiyyətdə olmaq baxımından əlverişli gündür.

Oxatan
Çətin və darıxdırıcı gündür. Istirahətə vaxt qalmayacaq. Müdiriyyətlə, yaxud da işgüzar münasibətlər qurduğunuz adamlardan birilə aranızda mübahisə yaşanacaq. Günün ikinci yarısında xoşagəlməz adamlarla təmasda olacaqsınız. Neqativ emosiyalar əhvalınızın korlanmasına səbəb olacaq.

Oğlaq
Bu gününüzü asan və məhsuldar hesab etmək olmaz. Xoşbəxtlikdən həyat eşqiniz yetərlidir, o üzdən də səhhətinizdə problemlər gözlənilmir. Maliyyə itkisi olacaq. Ona görə də planlaşdırmadığınız alış-verişdən uzaq durun.

Dolça
Yeni perspektivlər sizi gözəyir. Əgər tələskənliyə yol verməsəniz, çox uğura imza atarsınız. Köhnə iş yerinizə qayıdacağınız ehtimal edilir. Yaxın adamınız sizi sevindirəcək. Axşamüstü maraqlı tanışlıq olacaq.

Balıqlar
Bəxtiniz gətirmir. Təmkinli olun, planınızı reallaşdıra bilməyəcəksiniz. Işdə tez-tez konfliktlərin mərkəzində olursunuz. Müdiriyyətdən uzaq gəzməyiniz məsləhətdir. Işçilərlə isə dil tapa bilməyəcəksiniz. Günün müsbət tərəfi dostların əhatəsində vaxt keçirməyinizdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET