29.12.2020 Gündəlik Bürclər (29 Dekabr 2020 Günlük Bürclər)

28 Aralık 2020
3 345
0
29.12.2020 Gündəlik Bürclər (29 Dekabr 2020 Günlük Bürclər)
Qoç - Son vaxtlar yamanca qərarsız olmusunuz. Bir az təmkinli olun. Hadisələri qabaqlamağa çalışmayın. Yalnız gündəlik qayğılarınızla məşğul olun. Başqalarının işinə müdaxilə etməyin.

Buğa - Risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan qəlbinizdə cövlan edən ideyaları qabartmalı və həllini sürətləndirməlisiniz. Heç nədən çəkinməyin. Qabiliyyətinizdən bəhrələnin.

Əkizlər - Sağlamlığınıza xüsusi diqqət yetirməklə gözlənilən təhlükəni aradan qaldıra bilərsiniz. Sonrakı saatları isə bütünlüklə sevgiyə həsr edin. Pulla bağlı sövdələşmələri təxirə salın.

Xərçəng - Günün ümumi mənzərəsini qənaətbəxş hesab etmək olar. Hətta ətrafınızda olanlardan bəziləri çöhrənizə təbəssüm də qata bilər. Ötən dövrlərdə buraxdığınız səhvlərdən nəticə çıxarın.

Şir - Olduqca aktiv gündür. Ürəyinizcə olan çoxsaylı hadisələrlə rastlaşmaq ehtimalınız var. Sevindirici xəbərlər, ümidli gələcək haqqında düşüncələr yolunuzu gözləyir.

Qız - İşlərinizin çox olması sizi bərk yoracaq. Amma bunun xeyirli nəticə verəcəyini düşünüb əzmkarlığınızı artırmalısınız. Axşama yaxın maraqlı bir hadisə ilə rastlaşacaqsınız.

Tərəzi - Yəqin bilməmiş deyilsiniz ki, həftənin bu günü qazanmaq üçün sizə o qədər də düşərli deyil. Odur ki, bu istiqamətdə əziyyətə qatlaşmağa dəyməz. Əsas enerjinizi fəaliyyətə yönəldin.

Əqrəb - Günün birinci yarısını süst şəkildə başa vursanız da, sonrakı müddətdə ovqatınıza müsbət təsir edə biləcək olaylarla qarşılaşacaqsınız. Aldığınız təkliflərə həssas yanaşın.

Oxatan - Astroloji bilgilərə əsaslansaq, bu təqvim sizin üçün müəyyən gərginliklərlə müşahidə olunacaq. Daha çox ailə üzvlərinizlə münasibətləri tənzimləməyə çalışın. Uzaq yola çıxmayın.

Oğlaq - Çox güman ki, bu gün boş vaxtınız çox olacaq. Belə olan təqdirdə isə mədəni istirahətə yol vermək lazım gəlir. Bu səbəbdən də ürəyinizcə olan ünvanlarda qonaq sifətilə iştirak etməlisiniz.

Dolça - İlin-günün bu vaxtında Ay da bürcünüzdə qərar tutmağa vaxt tapdı. Neyləmək olar, kosmosla kosmosluq etmək olmaz ki?! Heç olmasa ciddi işlərinizi bu günlük təxirə salmağa çalışın.

Balıqlar - Əgər kənar təsirlərə uymasanız, heç bir qanqaraçılıqla üzləşməyəcəksiniz. Çalışın ki, öz ideya və fikirlərinizdə qətiyyətli olasınız. Mənasız səbəbdən özünüzü gərginliyə salmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.