15.06.2021 Gündəlik Bürclər (15 İyun 2021 Günlük Bürclər)

14 Haziran 2021
3 409
0
15.06.2021 Gündəlik Bürclər (15 İyun 2021 Günlük Bürclər)
Qoç
Gün xoşagəlməz dialoqla bağlı olacaq. Görüləsi çox işiniz var. Onların da heç də hamısı ürəkaçan deyil. Maliyyə məsələlərinin həllində tələskənliyə yol verməyin. Ən çox da öz pullarıyla yanaşı, başqalarının da pulunu idarə edənlər ehtiyatlı olmalıdır.

Buğa
Bir sıra işgüzar məsələlərə aydınlıq gətirəcəksiniz. Yaxşı olar ki, bu işlərə lazım olduğundan çox vaxt ayırmayasınız, çünki istirahət etmək də lazımdır. Sizi maraqlı görüşlər gözləyir. Axşamı necə keçirəcəyiniz barədə əvvəldən düşünün, çünki ani qərar çox da uğurlu olmaya bilər.

Əkizlər
Ulduzlar qısqanclıq zəminində yaranmış mübahisələrdən uzaq durmağı məsləhət görür. Əks halda, gələcək həyatınız üçün artıq problemlər yaratmış olarsınız. Sahib olduğunuz əmlaka qarşı diqqətli olun, çünki itirmək, oğurlanmaq və s. bu kimi risklər gözlənilir.

Xərçəng
Qarderobu dəyişmək üçün gözəl gündür. Maliyyə və əmlak məsələlərinin həlli üçün də əlverişli zamandır. Həmçinin faydalı sövdələşmə də imzalamaq olar. Ətrafdakıların sizin barənizdə nə dediklərinə çox da əhəmiyyət verməyin. Bu, qısqanclıqdan doğacaq.

Şir
Bugünkü çətinliklərin öhdəsindən gəlməklə həyatınızı xeyli yüngülləşdirəcəksiniz. Xoşagəlməz situasiyalardan qaçmaq mümkün olmayacaq. Hətta ən yaxın adamların ayrılması təhlükəsi var. Ancaq bu ayrılığın onların heç birinə ciddi yara vurmayacağı gözlənilir.

Qız
Bürcün tənha nümayəndələrini qeyri-adi görüş gözləyir. Bu görüş onların həyat tərzini dəyişəcək, ancaq sonluq nikahla bitməyəcək. Axşam saatlarında diqqət mərkəzində olacaqsınız. Fürsətdən istifadə edib ətrafınıza özünüzə layiq auditoriya toplayın.

Tərəzi
Həyat eşqi sönükdür. Yaxşı olar ki, orqanizmin ehtiyaclarına ciddi yanaşasınız. Artıq yüklənmədən uzaq durun. Spirtli içki isə qətiyyən arzuedilməzdir. Günün əsas hissəsini evdə keçirin. Bu gün aldığınız işgüzar təklifə ciddi yanaşın. Çünki onun arxasında maraqlı perspektiv dayanır.

Əqrəb
Bu gününüzü istirahətə həsr etməyə dəyər. Fiziki yük, ağır işlərlə məşğul olmaq məsləhət deyil. O qədər də xoş olmayan xəbər eşidəcəksiniz. Bu gün uzun müddətə evi tərk etməyin, çünki yalnız evdə olduğunuz halda, sizi xoş sürprizlər gözləyir.

Oxatan
Ehtimal ki, keçmişə bir də nəzər salacaqsınız. Təəssüf ki, bunun üçün unutmağa çalışdığınız hadisələrə qayıtmalı etməli olacaqsınız. Olanları incələməyin faydasını görəcəksiniz. Günün vacib tələbi olanları düzgün qiymətləndirməkdir.

Oğlaq
Sizi təhlükəli gün gözləyir. Ehtiyatlı və diqqətli olun ki, baş verə biləcək qəza sizdən yan keçsin. Nikbinliyinizi qoruyub saxlamağa çalışın. Ehtimal ki, axşam çağı sizə yaxınlarınız mənəvi dəstək verəcəklər. Muzey, teatr, yaxud klassik musiqi konsertinə getsəniz, faydasını görərsiniz.

Dolça
Sevdiyiniz şəxslə aranızda çətin və xoşagəlməz dialoq olacaq. Münasibətləri tənzimləmək sizin əlinizdədir. Gün ailədə vəziyyəti yaxşılığa doğru dəyişmək, dostlarla münasibətləri aydınlaşdırmaq üçün münasibdir. Əsas odur ki, təsir altına düşməyəsiniz.

Balıqlar
Axtarış günüdür. Hərəkətlərinizi düzgün qiymətləndirsəniz və yaxın ətrafla keçmişdə baş vermiş xoşagəlməz situasiyanı müzakirə etsəniz, həyata baxışınızı dəyişə bilərsiniz. Səhhətində problem olanlar həkim məsləhətilə xalq təbabətinə üz tuta bilərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.