30.08.2021 Gündəlik Bürclər (30 Avqust 2021 Günlük Bürclər)

29 Ağustos 2021
3 402
0
30.08.2021 Gündəlik Bürclər (30 Avqust 2021 Günlük Bürclər)
Qoç
Valideynlərlə, bir sözlə, yaşlı nəslin nümayəndələri ilə aranızda fikir ayrılığı ola bilər. Istəklərinizi kəskin şəkildə dilə gətirməyiniz xoş qarşılanmayacaq. Bu gün yola çıxmaq olar (xüsusilə də şimal istiqamətində). Romantik səyahət də uğurlu olacaq. Kənd təsərrüfatı, daşınmaz əmlakla bağlı sahədə işləyənlər işlərin öhdəsindən əla gələcəklər.

Buğa
Neytral gündür. Sükan arxasında yola çıxmaq olar. Yorulmayacaqsınız. Diqqətinizi toplaya biləcəksiniz. Günün ikinci yarısında yeni tanışlıq olacaq. Getdikcə həyat ritminiz aşağı düşəcək. Yaxşı olar ki, günü xoş adamların əhatəsində keçirəsiniz.

Əkizlər
Bugünkü hərəkətləriniz ətrafdakıları heyrətləndirəcək. Ancaq münasibətlərdə bunu görmək mümkün olmayacaq. Alış-veriş etmək, sövdələşmə imzalamaq olar. Bir sözlə, pulla bağlı məsələlərdə səhvsiz hərəkət edəcəksiniz. Yaxınlarla aranızda fikir ayrılığı da ola bilər, ancaq siz doğru olduğunuzu isbatlayacaqsınız.

Xərçəng
Sakit gündür. Tələskənliyə yol verməyin, yoxsa çətin situasiyanı daha da gərginləşdirərsiniz. Əla məsləhətlər verəcəksiniz. Bu gün hər istiqmətdə qarşılıqlı anlaşma hökm sürəcək. Ehtimal ki, gəliriniz olacaq.

Şir
Professional sferada dəyişikliyə hazır olun. Son nəticə sizin xeyrinizə olacaq. Yaxşı dil tapacağınız yeni partnyorların peyda olacağı da istisna deyil. Bürcün bəzi nümayəndələrini yadda qalan görüş və ya romantik təklif gözləyir.

Qız
Yeni tanışlıq üçün yaxşı gündür. Ilk dəfə gördüyünüz şəxslə təmas üçün münasib zamandır. Çətin işlərin öhdəsindən elə gələcəksiniz ki, ətrafdakılar sizə həsəd aparacaq. Qohumları ziyarət etmək üçün və yaxud da ailə daxili məclislərin təşkili baxımından da əlverişli gündür.

Tərəzi
Maddi vəziyyət yaxşılığa doğru dəyişəcək. Bu da sizi sevindirməyə bilməz. Ancaq yaxşı olar ki, pulu göyə sovurmayasınız. Şəxsi münasibətlərdə də dəyişiklik gözlənilir. Lakin bu dəyişiklik elə də əhəmiyyətli olmayacaq. Çoxdan küsülü qaldığınız adamla münasibətlər bərpa olunacaq.

Əqrəb
Ehtiyatlı olun, düşünülməmiş addım atmayın. Mənasız yerə mübahisə edəcəyiniz istisna deyil. Hisslərinizə nəzarəti itirməyin, əks halda yaxınlarla münasibətiniz uzun müddət pis ola bilər. Yaxşı olar ki, bu gün vəd verməyəsiniz. Çünki onu reallaşdırmaq çox çətin olacaq.

Oxatan
Bu gün yaxın ətrafla səmimi olmağa çəkinməyin. Sizi düşündürən məsələlərdən bu gün söhbət aça bilərsiniz. Ehtimal ki, çoxdan verdiyiniz borc özünüzə qayıdacaq. Bu gün qərarlı hərəkət etməyinizin faydasını görə bilərsiniz. Əks halda yerinizdə saymaqla məşğul olacaqsınız. Yaradıcı və ideyalar mövzusunda cəsarətli şəxsin köməyinə ehtiyacınız var.

Oğlaq
Aktiv fəaliyyət tələb olunur. Bir yerdə otura bilməyəcəksiniz və ətrafdakılar da bununla hesablaşmalı olacaqlar. Gün, həmçinin işgüzar və ya əyləncə xarakterli səfərlər üçün də əlverişlidir. Siyasətə və ictimai həyata maraq artacaq. Yaxşı olar ki, bu gün valideynlərə və uşaqlara qarşı diqqətli olasınız.

Dolça
Öz neqativ emosiyalarınızın əsiri olacaqsınız. Nəticə də göz qabağında. Istər professional, istərsə də şəxsi məsələlərin həllində soyuqqanlı olmaq məsləhətdir. Çətin işləri bu günlük təxirə salın. Yoxsa tez yorulacaqsınız və nəticə səhhətinizdə mənfi istiqamətdə üzə çıxacaq.

Balıqlar
Irəlidə necə etmək lazım olduğunu dərk edirsiniz. Maraqlı işgüzar təklif alacağınız da istisna deyil. Təkliflər tezliklə maddi vəziyyətin yaxşılaşacağıyla bağlı deyil. Karyeranızı başqa müstəvidə qura bilərsiniz. Tez-tez mübahisə etdiyiniz adamla aranızdakı münasibətlərə aydınlıq gətirəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.