17.11.2021 Gündəlik Bürclər (17 Noyabr 2021 Günlük Bürclər)

16 Kasım 2021
2 715
0
17.11.2021 Gündəlik Bürclər (17 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Xırdalıqlar sizi təşvişə salacaq. Soyuqqanlı və təmkinli olmağa çalışın. Səhhətinizin qayğısına qalın. Sizə yaxın insanla planlarınız, son zamanlar narahatlıq keçirdiyiniz məsələlər barədə danışa bilərsiniz.

Buğa
Şəxsi həyatınızda yeniliklər ola bilər. Yeni tanışlıq, işgüzar tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Işdə həmkarlarla fikir ayrılığı istisna deyil.

Əkizlər
Istənilən qəfil situasiyaya çox emosional reaksiya verməyin. Yaşam potensialı səviyyəsi bir qədər aşağıdır. Buna görə də fiziki yük tələb edən istənilən fəaliyyət arzuedilməzdir. Axşam saatlarında sükan arxasında olmayın.

Xərçəng
Səfər və ya səyahətə yollanmaq olar, lakin uzun və yorucu səfər arzuolunmazdır. Yeni təəssüratlar xoş olacaq. Işdə uğur vəd edən gündür. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların sizdən gözləmədiyi hərəkətə yol verə bilərsiniz.

Şir
Məqsədinizə çatmağa imkan verəcək xəbər alacaqsınız. Bu gün bədxərclik etməyin. Yeni əməkdaşlıq başlana bilər. Bu gün bir az küsəyən və həssas olacaqsınız.Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın.

Qız
Bu gün duyğularınızı hərəkətə keçirən xəbərlər ala bilərsiniz. Dostlarınız və yoldaşlarınızla birlikdə olmaq sizi rahatlaşdıracaq. Çox xoş məclislər qura bilər, əlaqələrinizi daha canlı edə bilərsiniz. Bütün diqqətinizi maraqlandığınız sahələrə yönəldin.

Tərəzi
Son dərəcə enerjili olacaqsınız. Uzaqlara getmək və qərarlarınızı tətbiq etmək istəyəcəksiniz. Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Bu vaxt xanım yoldaş və qohumlarınızın problemləriylə maraqlanmaq çətinlik yarada bilər. Ancaq onlara qarşı anlayışlı davranmağa çalışın.

Əqrəb
Bu gün köhnə bir dostunuzla təsadüfən qarşılaşa bilərsiniz. Görüş sizi həyəcanlandıracaq. Birlikdə mənalı gün keçirəcəksiniz. Diqqətinizi bir mövzu ətrafında cəmləyin. Gün boyi intellektual fəaliyyətiniz çox sürətli olacaq. Ekstravaqant addım atmaq və ya qərar verməkdən çəkinməyin.

Oxatan
Bu gün maraqlı insanlarla tanış ola bilər, yeni əməkdaşlığa başlaya bilərsiniz. Başqalarının bacarmadığı işə cəsarətlə başla biləcəyiniz bir gündür. Səy göstərsəniz, əla nəticələr əldə edəcəksiniz. Bu gün diqqət mərkəzində olmaq xeyrinizədir.

Oğlaq
Maraqlı ideyaları reallaşdırmaq vaxtı çatıb. Nüfuzlu tanışlardan biri sizi dəstəkləyə bilər. Günün ikinci yarısı qohumlarla ünsiyyət üçün münasibdir. Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz. Axşam saatlarında romantik münasibətlər istisna deyil.

Dolça
Yeni işlə məşğul olmaq istəyi baş qaldıracaq. Ancaq yaxşı olar ki, əvvəlcə başlanmış işləri tamamlayasınız. Günün ikinci yarısı işgüzar danışıqlar üçün münasibdir. Sənədləri imzalamağa tələsməyin. Çünki daha əlverişli şərtlərə nail olmaq mümkündür.

Balıqlar
Işgüzar aktivliyiniz çox yüksək olacaq, şəxsi münasibətlər müstəvisində isə ciddi dəyişikliklər olmayacaq. Özünüzə çox sayda həmfikir tapa bilərsiniz. Ətrafınıza həyata baxışlarınızı paylaşacaq insanlar toplamaqla gününüzü maraqlı keşirəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.