23.11.2021 Gündəlik Bürclər (23 Noyabr 2021 Günlük Bürclər)

22 Kasım 2021
3 026
0
23.11.2021 Gündəlik Bürclər (23 Noyabr 2021 Günlük Bürclər)
Qoç
Evdə edəcəyiniz dəyişikliklər sevdiyiniz şəxsi xoşbəxt edəcək. Bir sözlə, qabiliyyətinizi göstərmənizə imkan tapacaqsınız. Bu gün faydalı tanışlıq da istisna deyil.

Buğa
Birdən ön plana çıxan hadisələrlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Istədiyiniz nəticələri əldə etmək üçün bəzi dəyişikliklər etməniz lazımdır. Köhnə şərtləri dəyişdirməklə həyatınıza yenilik qatacaqsınız.

Əkizlər
Digərlərini idarə etməniz istədiyinizi əldə etmənizi təmin edəcək. Cazibədarlığınız və manevr qabiliyyətiniz maraqlı və qazanclı iş birliklərini gündəmə gətirəcək. Ancaq başqalarının səhvlərinin əvəzini də siz ödəyəcəksiniz.

Xərçəng
Işlərinizə müdaxilə etmələrini istəmirsinizsə, onda planlarınızı hər kəslə paylaşmamalısınız. Bir əlaqəniz təzyiq altında ola bilər və ya sizin bu münasibətlə əlaqədar fikirləriniz dəyişə bilər. Şikayətlərinizi yüksək səslə dilə gətirməniz gərginliyi artıracaq.

Şir
Artıq işə yaramayan, təkrarlanan iş və ya mövzularda dəyişiklik etmək istəyi baş qaldıracaq. Yerinə yetirilməyən sözlər və ya məsuliyyətlər bir əlaqənizə zərər vuracaq. Uyğunlaşma çətinliyi və fikir ayrılıqları duyğularınızda da dəyişikliklərə səbəb olacaq.

Qız
Bu gün üzərinizə düşən məsuliyyəti yerinə yetirməlisiniz. Əməkdaşlıq müstəvisində öz şərtlərinizi agah etməli, əmək bölgüsü aparmalısınız. Sizə irəliləməyə imkan verməyən, ruhən yoran, maneə törədən kəslərdən uzaq dayanmalısınız.

Tərəzi
Çətinliklər istisna deyil. Hərəkətləriniz fikirlərinizi nümayiş etdirəcək. Bir planla əlaqələrinizi gücləndirə bilərsiniz. Bu gün eşq həyatınız ön planda olacaq.

Əqrəb
Ortaya qoymaq istədiyiniz bir işdə gecikmələr yaşana bilər. Ilk səfərdə məsələlərin həlli üçün lazım olan işləri görəcəksiniz. Lakin hirslənmək işlərinizi təxirə salmanıza səbəb olacaq. Sizi narahat edən məsələlərə aydınlıq gətirmək üçün dəqiq ünvana dəqiq sual verin.

Oxatan
Yoldaşlarınız, ailəniz və ya həmkarlarınızla keçirəcəyiniz zaman özünə inamınızın artmasını təmin edəcək. Məqsədlərinizə doğru irəliləyərkən bir sıra fürsətlərlə qarılaşacaqsınız. Bir az romantik olmaqla şəxsi həyatınızda möcüzələr yarada bilərsiniz.

Oğlaq
Müəyyən gerçəklər göründüyü kimi olmaya bilər. Bəzi mövzularda problemləri açıq dilə gətirməniz və səmimi olmanız vacibdir. Həll edə bilməyəcəyiniz işlərə talib çıxmayın. Altından qalxa biləcəyiniz dəyişikliklərə cəhd edin.

Dolça
Kömək etməkdən çəkinməyəcəksiniz. Bu zaman kəsiyində də bir olaya şahid olma fürsəti tapacaqsınız. Maddi vəziyyətinizi maraqlandıran mövzulara dəyişik müstəvidən yanaşın. Əyləncəli bir gün ola bilər.

Balıqlar
Digərlərinin bəyəndiyi fikirlər sizə məntiqsiz görünə bilər. Keçmişdə etdikləriniz irəliləməyizə kömək edəcək. Təqdim etdiklərinizə ironiya ilə baxanları geri çəkilmək məcburiyyətində qoyun. Apardığınız araşdırmalar nəticəsində özünüzə olan etibarınızı artıracaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.