22.12.2021 Gündəlik Bürclər (22 Dekabr 2021 Günlük Bürclər)

21 Aralık 2021
3 546
0
22.12.2021 Gündəlik Bürclər (22 Dekabr 2021 Günlük Bürclər)
Qoç
Ulduzlar bu gün dediyiniz sözə diqqət yetirməyinizi məsləhət görür. Bu, xüsusilə də vacib adamlarla, müdiriyyətlə görüşü olanlara aiddir. Qiymətli hədiyyə alacağınız da proqnolaşdırılır. Bu, sizi sevindirəcək.

Buğa
Adətən “Buğa”lar sürprizlərin əleyhinə olmurlar. Amma bu gün əvvəlkilərdən fərqli olaraq, təsadüflərin az baş verməsini arzulayırlar. Gəzintilər əhvalınıza müsbət təsir edə bilər. Səfərinizin də uğurlu olacağı gözlənilir.

Əkizlər
Dilinizə sahib çıxın. Bu gün nə qədər az danışsanız, faydasını görərsiniz. Xüsusilə də yaxşı tanımadığınız adamlarla ünsiyyətdən uzaq olun. Əgər bu günə çıxış planlaşdırmısınızsa, onda ən çaşdırıcı sualları cavablandırmağa hazır olun.

Xərçəng
Işlə bağlı xoş xəbər eşidəcəksiniz. Qarşınızda yeni imkanlar açılacaq. Yadda saxlayın ki, müttəfiqləriniz sizə inanır və onların etimadını doğrultmaq borcunuzdur. Şəxsi müstəvidə kədərlənmək üçün heç bir əsas olmayacaq. Yaxınlarla xoş münasibət qura biləcəksiniz.

Şir
Xoş gündür. Işlərin öhdəsindən asanlıqla gəlirsiniz, standart olmayan həll yollarına baş vurursunuz. Bu günə elə bir sual olmayacaq ki, siz ona cavab tapmayasınız. Həmçinin elə bir adam tapılmaz ki, onunla dil tapmayasınız.

Qız
Mübahisə edəcəyiniz ehtimal edilir. Mübahisənin ya yaxınlarla, ya da yaxşı tanımadığınız adamlarla olacağı gözlənilir. Siz fitnələrə tez uyursunuz. Hətta bilərəkdən kimsə sizi əsəbiləşdirəndə belə, özünüzə hakim kəsilə bilmirsiniz.

Tərəzi
Çox cansıxıcı gündür. Bir çox işlərinizdə mənasız yerə vaxt itkisinə yol verəcəksiniz. Təbii ki, günahkar özünüz olacaqsınız. Bu, işlərinizi düzgün ardıcıllıqla qurmamağınızla əlaqədardır. Ailədə sizin günahınızdan münaqişə baş verəcəyi də istisna deyil.

Əqrəb
Işinizi tamamlaya bilməyəcəksiniz. Günahkar özünüzsünüz, çünki bir zamanlar özü-özünə həll olunacağını düşündüyünüz problemləri yarımçıq qoymuşdunuz. Xoşbəxtlikdən enerjili və yaradıcısınız. Bu da lazımi ölçü götürülməsi baxımından kifayət edər.

Oxatan
Cəsarət tələb edən layihələrdən çəkinməyin. Ulduzlar bildirir ki, gününüz əla keçəcək. Hətta uğurlu təsadüf nəticəsində sizin üçün əziz olan şəxslə münasibətlərinizi düzəltmək şansı yaranacaq.

Oğlaq
Bu gün heç də ürəkaçan olmayacaq. Həqiqətin gözünə dik baxmağa hazır deyilsiniz deyə, xəyallara dalırsınız. Bu günə ağır fiziki işlə məşğul olmağınız və uzaq səfərə çıxmağınız tövsiyə olunmur.

Dolça
Təbii görünün ki, yeni müttəfiq tapa biləsiniz. Buna isə ehtiyacınız var. Fitnələrdən uzaq durun, hiyləyə əl atmayın və yadda saxlayın ki, istənilən məqsədə çatmağın yolu düz yoldur. Kimlər ki, həyatlarında dəyişiklik etmək niyyətindədir, gün o kəslər üçün yeni imkanlar açacaq.

Balıqlar
Seçdiyiniz yolun doğru olub-olmaması ətrafında düşünəcəksiniz. Gün gərginliyilə seçiləcək. Yaradıcılıq fəaliyyətiniz əhvalınıza yaxşı təsir edəcək və neqativ emosiyaları unutmağa yardımçı olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.