24.12.2021 Gündəlik Bürclər (24 Dekabr 2021 Günlük Bürclər)

23 Aralık 2021
3 553
0
24.12.2021 Gündəlik Bürclər (24 Dekabr 2021 Günlük Bürclər)
Qoç
Qurduğunuz münasibətlərə fikir verin. Çünki bu gün müxtəlif adamlar sizinlə əlaqə qurmağa çalışacaq. Düşmənlərinizin yalandan yaydığı dedi-qodunun qurbanı olmaq ehtimalı da var. Qonaq qarşılamaq üçün əlverişli gündür.

Buğa
Işləmək üçün münasib gündür. Müttəfiq seçimində yanlışlığa yol verməsəniz, işgüzar müstəvidə uğur istisna deyil. Hətta uzun müddət sükan arxasında olsanız belə, yola çıxmaq olar. Bu gün romantik münasibətin təməli qoyula bilər.

Əkizlər
Çalışın, pozitiv əhvalınızı itirməyəsiniz. Əhatənizdəkilər məsləhətləşmək üçün sizə müraciət edəcəklər. Planlaşdırılmamış görüşlər də ola bilər. Bu, vaxtınızı alacaq. Yüngül alış-veriş etmək olar.

Xərçəng
Işgüzar görüşün faydasını görəcəksiniz. Sövdələşmə aparmaq üçün əlverişli gündür. Qiymətli hədiyyə almaq ehtimalı da istisna deyil. Günün ikinci yarısında dedi-qoduya şərait yaratmayın.

Şir
Xoş gündür. Həyat eşqi yüksəkdir. Özünüzü rahat hiss edəcək və yorulmayacaqsınız. Ətrafdakıları yaxşı anlayacaqsınız. Bu gün təməli qoyulan istənilən tanışlıq faydalı olacaq.

Qız
Günün birinci yarısında xırda anlaşılmazlıqlar ola bilər. Ancaq zamanla pozitiv tendensiyalar özünü biruzə verəcək. Köhnə dostlar yeni ideyalarınızı dəstəkləyəcəklər. Problemləri həll edəcəksiniz. Yaradıcı fəaliyyətdə uğurlar gözlənilir.

Tərəzi
Günün birinci yarısı uğurlu keçəcək, ancaq ikinci yarısı ehtiyatlıq tələb edir. Nəzərə alın ki, bu zaman kəsiyində səhvə yol vermək riski böyükdür. Bu gün maliyyə məsələlərini təklikdə həll etməyin.

Əqrəb
Günün necə keçməsi yalnız özünüzdən asılıdır. Yeni dost qazanacaqsınız. Nəzərə alın ki, bu gün buraxacağınız səhv sizə baha başa gələ bilər. Çünki yanlış hərəkətiniz hamının diqqətini çəkəcək. Bu gün adi, gündəlik işlərlə məşğul olun.

Oxatan
Günün birinci yarısı xoş keçəcək. Yaxşı olar ki, bu zamandan maksimum istifadə edəsiniz. Günün ikinci yarısında sükan arxasında uzaq yola çıxmayın, çətin işlə məşğul olmayın. Diqqətinizi toplaya bilməyəcəksiniz.

Oğlaq
Çətin gündür. Ətrafdakılarda yaxşı təəssürat yarada bilməyəcəksiniz. Alış-verişi bu günlük təxirə salın. Qarderobunuzda dəyişiklik etmək istəyirsinizsə, bunu öz əllərinizlə yaradın. Belə olan təqdirdə artıq pul xərcləməkdən uzaq olarsınız.

Dolça
Gərgin gündür. Xırda məsələ üstündə səbriniz tükənəcək, özünüzdən çıxacaqsınız. Sənəd və ya pulunuza diqqət yetirin, çünki nəyisə itirmək təhlükəsi var. Bu gün qəbul edəcəyiniz qərar nə şəxsi, nə də işgüzar baxımdan faydalı olacaq.

Balıqlar
Təzadlı, ancaq maraqlı gündür. Intellektual fəaliyyətiniz yüksək olacaq. Bu gün ən ambisiyalı fikirlərinizi reallaşdırmağa yardımçı olacaq adamla görüşə bilərsiniz. Əks cinsin nümayəndələrinin diqətini çəkəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.