26.02.2022 Gündəlik Bürclər (26 Fevral 2022 Günlük Bürclər)

25 Şubat 2022
2 648
0
26.02.2022 Gündəlik Bürclər (26 Fevral 2022 Günlük Bürclər)
Qoç
Çalışın ki, bu gün ünsiyyət qurarkən ehtiyatlı olasınız. Ətrafdakılar haqqında, onların hərəkətlərilə bağlı ağzınızdan bişməmiş söz çıxarmayın.

Buğa
Ətrafdakılarla dil tapmaq asan olmayacaq. Uzun və xoşbəxt yaşaya biləcəyimiz adamlarla belə sözünüz çəp düşəcək. Təmir, gələcək alış-veriş, maliyyə məsələlərinin müzakirəsi üçün münasib gün deyil.

Əkizlər
Kifayət qədər uğurlu gündür. Bir sıra ailə-məişət məsələlərinin həlli ilə məşğul olacaqsınız. Mübahisələrə qoşulmadan öz bildiyinizi edəcəksiniz. Bu taktikanız effektli olacaq.

Xərçəng
Arzu və istəklərinizə qarşı çıxa biməyəcəksiniz. Bu istək sizi düşünülməmiş addım atmağa vadar edəcək. Sizi aldatmaq asandır. Ehtiyatlı olun, düşmənləriniz bundan istifadə edə bilərlər. Bu səbəbdən yaxşı tanıdığınız adamlara etibar edin.

Şir
Asan və xoş qələbələr günüdür. Bir sıra problemlərin öhdəsindən gələcəksiniz. Gün pedaqoji fəaliyyət üçün də əlverişlidir. Günün maliyyə mənzərəsi də ürəkaçan olacaq, özünüzə planlaşdırmadığınız alış-verişi sürpriz edə bilərsiniz.

Qız
Səhər çağlarında problem və konfliktlərdən qaçmaq mümkün olmayacaq. Günün ikinci yarısı isə istənilən şərikli işin reallaşdırılmsı üçün daha əlverişli olacaq. Ehtimal ki, bu gün gəliriniz olacaq. Yaxınlarınıza bahalı hədiyyə ala bilərsiniz.

Tərəzi
Təzadlı gündür. Bir tərəfdən bir zamanlar bacarmadığınız işin öhdəsindən gələcəksiniz, bir tərəfdən isə küsülüləri barışdırmaq, sizin marağınızda olmayan məsələlərin həlli üçün çoxlu vaxt itirəcəksiniz. Bəzi “Tərəzi”lər xoşları gəlməyən adamla ünsiyyətdə olmağa məcbur qalacaqlar.

Əqrəb
Günün bütün hadisələrini düzgün qiymətləndirə bilməyəcəksiniz. Tələskənlik başladığınız işləri yarımçıq qoyacaq. Bu da maliyyə çətinliklərinin yaranmasına səbəb olacaq. Bürcün bəzi nümayəndələri həyatlarını dəyişdirəcək qeyri-adi addım atacaqlar.

Oxatan
Xırda çətinliklərə baxmayaraq gün uğurlu olacaq. Mövqeyinizin daha da möhkəmlənməsi bu gün diqqət mərkəzində çox olmağınızdan asılı olacaq. Dostluq və ya romantik görüş üçün münasib gündür. Bu gün qarşılıqlı rəğbət əlaqələrinizə ciddi xarakter verəcək.

Oğlaq
Maliyyə və professional işlərdə heç kimə etibar etməyin. Əks halda fırıldaqçıların, məkrli düşmənlərin aciz qurbanına çevriləcəksiniz. Bu gün istər şəxsi, istərsə də işgüzar məsələlərdə vacib qərarlar verməyə çalışın. Yaxınlarınızı boş yerə incidəcəksiniz.

Dolça
Enerjilisiniz. Bu gün uğur qazanmaqda sizə mane olan olmayacaq. Nə qədər rəngarəng işləriniz olarsa, bir o qədər yaxşı nəticələr əldə edəcəksiniz. Sizi maraqlı tanışlıq da gözləyir.

Balıqlar
Qənaətcil olun, planlaşdırmadığınız alış-verişə çıxmayın. Əyləncəyə pul xərcləməyin. Yaxşı tanımadığınız adamlara etibar etməyin. Bu gün istər professional, istərsə də şəxsi müstəvidə uğur qazanmaq şansınız var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.