07.03.2022 Gündəlik Bürclər (7 Mart 2022 Günlük Bürclər)

06 Mart 2022
4 321
0
07.03.2022 Gündəlik Bürclər (7 Mart 2022 Günlük Bürclər)
Qoç
Tənbəl olmayın. Gələcəklə bağlı planlar qurun, ətalətdən qurtulun. Yeni işgüzar perspektivlərə qovuşa bilərsiniz. Bir zamanlar yol verdiyiniz səhvləri təkrarlamamağa çalışın.

Buğa
Düşünülmüş addım atın, təmkinli olun. Əvvəllər yarımçıq qalmış işi başa vurun. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi problemi həll edəcəksiniz. Səfər və ya gəzinti istisna deyil.

Əkizlər
Problemlərin öhdəsindən rahatlıqla gələcəksiniz. Genişmiqyaslı işə başlamaq olar. Amma bunun üçün ilk növbədə həmfikirlərinizin sizi yalnız sözdə dəstəkləməyəcəyinə arxayın olun.

Xərçəng
Günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. Işdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.

Şir
Planlardan birinin aktiv şəkildə həyata keçirilməsi üçün əlverişli gündür. Kəsilmiş münasibətləri bərpa etmək şansınız olacaq. Evə qeyri-adi əşya almaq üçün münasib gündür. Günün ikinci yarısında az miqdarda gəliriniz olacaq.

Qız
Xırda səhvlərə və yarımçıq işlərə yol verməyin. Qeyri-rəsmi ünsiyyət, dostlarla görüş, romantik münasibətlər baxımından yaxşı gündür. Diqqət mərkəzində olacaqsınız və bu, ürəyinizcə olacaq.

Tərəzi
Faydalı işlərlə məşğul olun. Inadkar və qətiyyətli olun. Çətin hesab etdiyiniz problemi asanlıqla həll edəcəksiniz. Yaxınlarınız sizi diqqətlə dinləyəcək və mövqeyinizi nəzərə alacaq. Həyatınızda mühüm rol oynaya biləcək insanla görüş istisna deyil.

Əqrəb
Aqressiv olmaqla özünüzə artıq problemlər yaratmayın. Sevdiklərinizə qarşı həddən artıq tələbkar olmayın. Məişət problemlərinin həlli çətin olacaq. Səhhətinizə diqqət yetirin.

Oxatan
Sizə çox önəmli olan insandan xəbər ala bilərsiniz. Qəfil məlumat hadisələrin axarını dəyişəcək. Yeni müttəfiqlə yeni planınızın müzakirəsi üçün məhsuldar gündür. Axşam saatlarında romantika istisna deyil.

Oğlaq
Bu gün əks cinsin nümayəndəsilə ünsiyyətdə çətinliklər yaranacaq. Maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edəcəyiniz gözlənilir. Axşam saatlarında dincəlin. Istirahəti evdən kənarda da edə bilərsiniz.

Dolça
Bütün diqqəti işə yönəldin. Işlərinizi tamamlamaq istiqamətində ətrafdakıların sizə mane olmasına imkan verməyin. Alış-veriş etmək, mühüm sənədləri imzalamaq olar. Dostlarla, köhnə tanışlarla ünsiyyət üçün əlverişli gündür.

Balıqlar
Sonradan peşman olacağınız sözlər deməyin. Planlaşdırılmamış xərclər mümkündür. Israfçılığa yol verməyin, qənaətcil olun. Münasibətlərin gərginləşməsinə yol verməyin. Fikrinizi deməyə çalışarkən qarşı tərəfin qəlbinə toxunmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.