28.04.2022 Gündəlik Bürclər (28 Aprel 2022 Günlük Bürclər)

27 Nisan 2022
3 347
0
28.04.2022 Gündəlik Bürclər (28 Aprel 2022 Günlük Bürclər)
Qoç
Günün ikinci yarısında dostdan və ya qohumdan xəbər alacaqsınız. Məntiqlə hərəkət edin. Ulduzlar hisslərlə oynamamağa çağırır.

Buğa
Günün ikinci yarısında şəxsi münasibətlərdə yanlışlığa yol verə bilərsiniz. Ehtiyatlı, uzaqgörən olun. Bir qərar verməzdən əvvəl dərindən düşünün.

Əkizlər
Günün ilk yarısında əzmli və inadkar olun. Sizdən asılı nə varsa, yerinə yetirin. Sükan arxasında, yolda, ictimai nəqliyyatda ehtiyatlı olun. Ulduzlar bu mövzuda xüsusilə günün ikinci yarısında ehtiyatlı olmağa çağırır.

Xərçəng
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil. Bu gün qarşıdurmalar ola bilər. ehtiyatlı olun. Münaqişələri həll etmək üçün konstruktiv yol tapın.

Şir
Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq. Hadisələrə daha nikbin baxacaqsınız. Yaxın dost və ya sevdiyiniz insanla ciddi mövzunuzu müzakirə edə bilərsiniz. Axşam saatlarında ailə üzvləri ilə səmimi davranın.

Qız
Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Danışıq tonunuza fikir verin, emosiyalara aldanmayın. Səhhətinizə fikir verin.

Tərəzı
Yol verdiyiniz səhvləri analiz edin, tələsik və emosional qərarlar verməyin. Hər məsləhətə uymayın. Axşam saatlarında dostlarla görüşün, gəzintiyə çıxın. Söhbət zamanı gələcək planları müzakirə edin.

Əqrəb
Cəsur, məqsədyönlü, ağıllı və məntiqli olun. Aktiv çalışın. Axşam saatlarında alış-verişdə diqqətli olun, aldıqlarınızın keyfiyyətini və istifadə müddətini yoxlayın. Əks halda peşman ola bilərsiniz.

Oxatan
Günün ikinci yarısında diplomatik davranın. Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara qarşı diqqət və nəvaziş göstərin. Axşam saatlarında rahatlıq arasanız da, ilk əvvəl narahatlıqla qarşılaşacaqsınız.

Oğlaq
Şəxsi münasibətlərdə şanslarınızı dəqiqləşdirin. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər, yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq. Əlaqələrlə ünsiyyətlərin genişlənməsi istisna deyil.

Dolça
Günün sonlarında əylənmək, istirahət etmək, streslərdən qurtulmaq istəyəcəksiniz. Qənaətcil olun, son zamanlar pulları bədxərcliklə sərf etməyin.

Balıqlar
Gərgin işə hazır olun. Başlanmış işləri başa vurun, yarımçıq iş saxlamayın. Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır. Axşam saatlarında dincəlin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.