07.05.2022 Gündəlik Bürclər (7 May 2022 Günlük Bürclər)

06 Mayıs 2022
2 819
0
07.05.2022 Gündəlik Bürclər (7 May 2022 Günlük Bürclər)
Qoç
Iş üçün çox uğurlu gündür. Bürcün şou-bizneslə və ya yaradıcı işlə məşğul olan nümayəndələrini uğur gözləyir. Şəxsi müstəvidəki işlər bir balaca çətinlik gətirəcək. Bu sferada hisslərinizə arxalana bilərsiniz.

Buğa
Bu gün istənilən işlə məşğul ola bilərsiniz. Bütün yeni işlərinizin yaxşı alınacağı bildirilir. Sizi qane etməyən məsləhətlərə qulaq asmağa dəyməz. Görüşün ürəyinizcə olmasını istəyirsinizsə, onda diqqətinizi cəmləyin.

Əkizlər
Çətin suallara cavab tapmaq üçün uğurlu gündür. Amma çoxlu mübahisələr yaşanacaq, təəssüf ki, bu da münasibətlərin korlanmasıyla nəticələnəcək. Müsbət tendensiyalar şəxsi münasibətlərdə daha güclü olacaq. Bürcün bir sıra nümayəndələri bu gün arzularına çatacaqlar.

Xərçəng
“Xərçəng”lər son vaxtlar danışıqlara gedəndə hər dəfə çətinliklə üzləşirlər. Amma ruhdan düşməyə dəyməz. Bu gün sizin üçün yorucu gündür. Bu gün eyni zamanda, fiziki gərginlikdən uzaq olmağınız məsləhətdir.

Şir
Bu gün əvvəlkilərdən fərqlənir. Müdiriyyət sizə qarşı kəskin mövqedə olduğundan yanlış bir addımınız onların əlinə sizi cəzalandırmaq üçün əsas verəcək. Yaxınlarınızla da dil tapmaq asan olmayacaq.

Qız
Uğur qazanmağınızda rolu olmuş şəxslərdən birilə görüşünüz gözlənilir. Sizdən yalnız xoş ünsiyyət qurmaq tələb olunur. Bunu reallaşdırmaq isə elə də çətin olmayacaq. Günün ikinci yarısı hədiyyə və sürprizli anlarla zəngindir.

Tərəzi
Üzərinizə çox iş götürməyin. Ətrafınızda problemlərinizi paylaşa biləcəyiniz adamlar var. Qurduğunuz münasibətlər də sizin güzəştə getmək bacarığınızdan asılı olacaq. Inad etmək yaxşı nəticə verməyəcək.

Əqrəb
Çətin və gərgin gün olacaq. Özünüzdə gizli qalan istedadınızı üzə çıxara bilsəniz, sizi böyük uğurlar gözləyir. Çalışın, müdiriyyətlə konfliktə getməyəsiniz. Işə məsuliyyətlə yanaşsanız, konfliktdən qaça bilərsiniz.

Oxatan
Gün pozitiv tendensiyalar üzərində köklənəcək. Lakin təəssüf ki, günün maliyyə sferası ciddi problemlər yaradacaq. Bu gün qonaq qəbul etmək baxımından münasib gündür.

Oğlaq
Bu gün yeni başlanğıclar üçün uğurlu gündür. Gün həmçinin çətin layihələrin reallaşması, tapşırıqların kompleks həlli baxımından əlverişlidir. Uğur sizi təkcə işdə deyil, şəxsi müstəvidə də gözləyir.

Dolça
Uğursuz gündür. Işgüzar münasibətlərdəki qeyri-sabitlik sizi narahat edəcək. Çətin anda həmkarlarınıza arxalana bilərsiniz. Böyük səylə ərsəyə gətirdiyinizi itirmək istəmirsinizsə, məsuliyyətli olun.

Balıqlar
Işdə qeyri-sabitlik hökm sürəcək, kimin düz, kimin səhv olduğunu ayırd etmək asan olmayacaq. Siz fikrinizi qətiləşdirməkdə çətinlik çəkirsiniz. Çalışın, başqalarının fikrilə yox, öz ağlınızla hərəkət edəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.