18.05.2022 Gündəlik Bürclər (18 May 2022 Günlük Bürclər)

17 Mayıs 2022
2 869
0
18.05.2022 Gündəlik Bürclər (18 May 2022 Günlük Bürclər)
Qoç
Gün xoş, ancaq o qədər də perspektivi olmayan tanışlıqlar vəd edir. Ulduzlar bu gün təməli qoyulan münasibətlərin ciddi olmayacağını bildirir. Lazım olmayan əşyaları almaqla büdcənizə zərər vurmayın.

Buğa
Maraqlı gün olacaq. Günün ikinci yarısı xoş romantik sürprizlər gözlənilir. Sizi narahat edən məsələləri ən yaxın adamınızla paylaşmaqdan çəkinməyin.

Əkizlər
Şənlənmək üçün əlverişli gündür. Mühüm işləri təxirə salaraq əylənə bilərsiniz. Gün romantik görüş üçün də münasibdir. Problemlərinizi daha sonra həll edə bilərsiniz.

Xərçəng
Şəxsi müstəvidə pozitiv təsirlər özünü qabarıq şəkildə göstərəcək. Bürcün bir çox nümayəndələri özünü çox xoşbəxt hiss edəcək. Bu gün romantik tanışlıqlar üçün də əlverişlidir.

Şir
Bu gün əhvalınız yaxşı olacaq. Günün sonuna qədər yorulmayacaqsınız. Enerjilisiniz deyə, bütün işlərə həvəslə girişmək imkanınız olacaq. Ətrafdakıların diqqətini çəkməklə xoş münasibətlər quracaqsınız.

Qız
Problemləri həll etmək üçün əlverişli gündür. Gözlənilməz təkliflər də istisna deyil. Təəssüf ki, maddi vəziyyətiniz elə də yaxşı deyil. Buna baxmayaraq sizi anlayan və hər an yaxşı məsləhətlər verməyə hazır olan yaxınlarınız var.

Tərəzi
Hər hansı işə başlamazdan əvvəl onu sona qədər tamamlaya bilib-bilməyəcəyiniz barədə ətraflı düşünün. Gün maddi məsələlərin həlli üçün əlverişlidir. Axşam saatları köhnə dostunuzla görüş üçün münasibdir.

Əqrəb
ətrafdakılarla aranızda fikir ayrılığı olacaq. Əvvəllər daha tez dil tapdığınız insanlarla aranızda bu gün anlaşılmazlıq istisna deyil. Güzəştə getməyi bacarın.

Oxatan
Xırda problemləri ürəyinizə yaxın buraxmayın. Ulduzlar problemlərinizin göründüyü kimi elə də ciddi olmadığından xəbər verir. Maddi gəlir və hədiyyə alacağınız mümkündür.

Oğlaq
Yaxşı olar ki, şəxsi məsələlərinizi müzakirəyə çıxarmayasınız. Şəxsi müstəvidəki məsələləri özünüz təkbaşına həll etməyə çalışın. Daxili səsiniz sizə məyusluq yaşatmayacaq.

Dolça
Elə də pis gün deyil. Uğurlar istisna deyil. Müalicəvi və profilaktik proseduralar aparmaqüçün məhsuldar gündür. Həmçinin gözəllik salonuna getmək üçün də yaxşı gündür.

Balıqlar
Bu gün riskə getmək olmaz. Həmçinin bu gün sükan arxasında çox oturmaq da məsləhət deyil. Şəxsi müstəvidə cidd addımlar atmaq da tövsiyə edilmir. Əks halda xoşagəlməz vəziyyətə düşəcəyiniz istisna deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.