25.05.2022 Gündəlik Bürclər (25 May 2022 Günlük Bürclər)

24 Mayıs 2022
4 395
0
25.05.2022 Gündəlik Bürclər (25 May 2022 Günlük Bürclər)
Qoç
Bu gün ehtiyatlı olun. Yaxşı olar ki, bu gün yaşlı şəxslərlə ünsiyyətdə olun. Onların məsləhəti yerinə düşəcək. Keçmişlə bağlı hekayələri dinləməklə gələcəyə olan baxışınız dəyişəcək.

Buğa
Günün birinci yarısı uğurlu olacaq. Demək olar ki, bütün işlərin öhdəsindən gələcəksiniz. Ulduzlar axşam çağı qadınlarla təmasdan uzaq durmağı məsləhət görür. Bürcün meteohəssas nümayəndələrinin, yaxud da xroniki ürək-damar xəstəliyindən əziyyət çəkənlərin səhhətində problemlər yarana bilər.

Əkizlər
Günün birinci yarısı xırda problemlər yarana bilər. Ancaq onları yaxınların köməyi ilə həll edəcəksiniz. Həyat eşqi yüksək olacaq. Uğurlu alış-veriş (xüsusən də böyük məbləğli) gözlənilir.

Xərçəng
Əvvəlcədən qurduğunuz planları reallaşdıra biləcəksiniz. Yeni tanışlıq gözlənilir. Birinci dəfə gördüyünüz adamla ilk gündən xoş ünsiyyət quracaqsınız. Çoxları məsləhətə görə sizə müraciət edəcək. Çünki siz ən çətin anlarda belə soyuq başla düşünməyə qadirsiniz.

Şir
Bu gün baş verə biləcək isənilən çətinliklər, xoşagəlməz halların fəsadı olmayacaq. Sakitliyinizi qoruyub saxlamağa çalışın. Yola çıxmaq istəsəniz, bunu günün birinci yarısına təyin edin. Bu, xüsusilə sükan arxasında oturanlara şamil edilir.

Qız
Sizi çətin gün gözləyir. Maliyyə itkisi də gözlənilir. Bu gün çox səbirsizlik nümayiş etdirəcəksiniz. Bürcün bəzi nümayəndələrinin çox səy göstərdikləri iş uğursuz olacaq.

Tərəzi
Günün birinci yarısı sakit və xoş keçəcək. Bu ərəfədə əhvalınızı yüksəldəcək maraqlı iş və görüşlər sizi gözləyir. Günün ikinci yarısı isə bir balaca çətin olacaq. Bu ərəfədə isə siz sahib olduğunuz bacarıq və qabiliyyətinizə şübhə ilə yanaşacaqsınız.

Əqrəb
Həftənin ən uğurlu və xoş günüdür. Pozitiv tendensiyaların təsiri həyatınızın bütün sferalarında özünü göstərəcək. Problemlərinizi həll etmək şansı yaranacaq. Ancaq axşam saatları çətin anlarla yadda qalacaq.

Oxatan
Çoxdan bəri görmədiyiniz və darıxdığınız adamlarla görüş gözlənilir. Bu, günün birinci yarısında reallaşacaq. Bu ərəfə yeni tanışlıq və romantik görüş üçün də əlverişlidir. Böyük alış-veriş üçün isə günün ikinci yarısı məsləhətdir.

Oğlaq
Bu gün konflikt və mübahisələrdən qaçmaq çətin olacaq. Özü də münaqişə ən yaxın adamlarla aranızda yaşana bilər. Siz nə də qədər münasibətləri düzəltməyə çalışacaqsınızsa, qarşı tərəf bir o qədər sizdən incik düşəcək.

Dolça
Günün birinci yarısı sevmədiyiniz adamın gəlişi, yaxud da ünsiyyətdən qaçdığınız adamla görüş gözlənilir. Qanqaraldıcı zaman kəsiyinə gözlənilməz məsrəfləri də əlavə edin. Səhhətinizdə problemlər yaşana bilər.

Balıqlar
Günün birinci yarısında xırda xoşagəlməz hallar və çətinliklər ola bilər. Narahat olmayın, pozitiv tendensiyalar öz təsirini göstərəcək. Həyat getdikcə şən və əyləncəli görünəcək. Gözlənilməz qonaq gəlişinə də hazır olun. Buna sevinəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.