05.06.2022 Gündəlik Bürclər (5 İyun 2022 Günlük Bürclər)

04 Haziran 2022
3 520
0
05.06.2022 Gündəlik Bürclər (5 İyun 2022 Günlük Bürclər)
Qoç
Istənilən professional tapşırığın öhdəsindən gəlmək üçün əla gündür. Işgüzar danışıqlar yaxşı keçəcək. Ulduzlar romantik görüşlərin də pis keçməyəcəyini bildirir. Bir sözlə, işləriniz özü-özlüyündə qaydasına düşəcək.

Buğa
Professional sferada uğur qazanmaq ehtimalı var, ancaq asan qələbəyə ümid bəsləməyin. Karyera yüksəlişi də gözlənilir. Ulduzlar reputasiyanızı qorumağı tövsiyə edir. Çünki düşmənləriniz zərbə vura bilərlər.

Əkizlər
Bu gün baş qaldıran problemlər göründüyü qədər əhəmiyyət kəsb etməyəcək. Böyük alış-veriş üçün münasib gün deyil. Yaxşı olar ki, evdə və ofisdə səliqə-səhman yaradasınız. Lazımsız əşyalardan qurtulmaqla köhnə xoşagəlməz xatirələrdən də uzaqlaşacaqsınız.

Xərçəng
Bu gün darıxmayacaqsınız. Maliyyə itkisi də gözlənilir. Alış-verişiniz də uğursuz ola bilər. Ailə üzvlərinizlə hər xırda məsələyə görə mübahisə etməyin. Əgər bu gün ailədə konflikt yaranarsa, münasbətləri bərpa etmək asan olmyacaq.

Şir
Yarımçıq qalmış işlərinizi tamamlayın. Gün şəxsi sferada gözlənilməz dəyişikliklərlə bağlıdır. Ilkin başlanğıcda baş verənlər sizi kədərləndirə bilər. Ancaq daha sonra olayların bu istiqamətdə inkişafının ən doğru olduğunu etiraf edəcəksiniz.

Qız
Çətinlikləriniz çoxdur. Bu səbəbdən əhvalınız pis olacaq. Yaxşı olar ki, münaqişələrdən qaçasınız. Bununla belə situasiya diskomfort halını saxlayacaq. Dedi-qodulara fikir verməyin. Düşmənləriniz sizi yanlış addımlar atmağa təhrik edə bilər.

Tərəzi
Asan gün olmayacaq. Ciddi problemlər baş verə bilər. Yaxşı olar ki, bu gün çətinliklərin öhdəsindən təkbaşına gələsiniz. Işgüzar danışıqlar üçün münasib gün deyil. Çünki həvəslə ən səmərəsiz şərtlərə belə güzəştə gedəcəksiniz. Bu isə sizə fayda gətirməyəcək.

Əqrəb
Professional yaradıcılıqla, biznes planlarla bağlı ideyaların reallaşması üçün əlverişli gündür. Bu gün yeni müttəfiq axtarışına çıxa bilərsiniz. Xarici dil öyrənmək baxımından da məhsuldar gündür. Uğurlara baxmayaraq, sizin əhvalınız yaxşı olmayacaq. Bir sözlə, özünüzdən narazı qalacaqsınız.

Oxatan
Vacib və xoş görüşlər günüdür. Ehtimal ki, bu gün vacib xəbər eşidəcəksiniz. Eşitdiklərinizi başqalarına deməyə tələsməyin. Ulduzlar qiymətli informasiyanı sirr saxlamağı məsləhət görür. Faydsını görərsiniz.

Oğlaq
Bu gün çox kəskin danışığınızla düşmən qazana bilərsiniz. Xüsusilə də bu gün qadınlarla dil tapa bilməyəcəksiniz. Yaxşı olar ki, bu gün maliyyə məsələlərinin həlli ilə də məşğul olmayasınız.

Dolça
Adi gün deyil. Bir sıra problemlərdən qaçmağa cəhd göstərəcəksiniz. Əməkdaşlıqla bağlı bir zamanlar xəyalınıza belə gətirmədiyiniz təklifi eşidəcəksiniz. Günün ikinci yarısında əhvalınız korlanacaq. Neqativ rekasiyaya nəyin səbəb olduğunu özlüyünüzdə müəyyənləşdirməli olacaqsınız.

Balıqlar
Işdə diqqətinizi toplaya bilməyəcksiniz. Başınız ev və şəxsi qayğılara qarışıb. Bu səbəbdən, hətta gündəlik işinizin də öhdəsindən gəlmək asan olmayacaq. Kolleqa və müdriyyətlə aranızda problemlərin olacağı da istisna deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.