ALiYeVdən Günlük Bürclər 06.12.2014

05 Aralık 2014
2 965
0
ALiYeVdən Günlük Bürclər 06.12.2014
ALiYeVdən Günlük Bürclər 06.12.2014

Qoç - diqqəti bütünlüklə praktiki işlərin həllinə yönəltmək çətin olsa da, bunu edin. Fikrinizi dağıtmayın, başladığınız işləri yarımçıq qoymayın, kiçik və ağrılı səhvlərə yol verməyin. Maliyyə məsələlərinin həlli, alış-veriş, mühüm sənədlərin imzalanması üçün əlverişli gün deyil.
Səfər və ya səyahət gözlənilən nəticəni verməyəcək.
Günün ikinci yarısında bütün çətinliklər və anlaşılmazlıqlara rəğmən əhvalınızı pozmayın. Sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin. İstənilən texnika və avadanlıqla davranış zamanı ehtiyatlı olun.

Buğa - yaradıcı yanaşma tələb etməyən, darıxdırıcı işləri təxirə salın. Diqqətli və əzmli olun, çətin işi yarımçıq qoyaraq yüngül işə başlamayın. Belədə gözlədiyiniz nəticəni ala bilməyəcəksiniz. Əyləncə, istirahəti hələlik unudun.
Günün ikinci yarısında maraqlı tanışlıq istisna deyil. Yeni romantik təmas sürətlə inkişaf edəcək. Qarşı tərəfin rəğbətini qazanın, amma soyuqqanlı olun. Sizə əsla uyğun olmayan insanın toruna düşməyin.

Əkizlər - yeni işlərə başlamaq üçün əlverişli gündür. Perspektiv təsir bağışlamayan işlərdə belə, xeyir ola bilər. Çətin olan ilk addımı atmaqdır: Situasiya sonrakı addımlar üçün münasibdir.
Orijinal ideyalarınızı yaxın ətrafınızdakı insanlar dəyərləndirəcəklər. Müttəfiq və həmfikir axtarışları uğurla başa çatacaq.
Günün ikinci yarısında başlaya biləcək romantik münasibət yaşamınızda mühüm rol oynayacaq. Unutmayın ki, maraqlandığınız insanı dürüst qiymətləndirməlisiniz. Onun üstünlükləri ilə yanaşı, nöqsanlarını da görməlisiniz.
Gəlirlər istisna deyil.

Xərçəng - gün ərzində yaranacaq problemlərin öhdəsindən müstəqil şəkildə gəlin. Yardım üçün kimsəyə müraciət etməyin. Müstəqil, təkbaşına fəaliyyət daha çox vaxt tələb edə bilər. Planlarda dəyişiklik edin. Bunun sayəsində qiymətli təcrübə, habelə baş verənlərə fərqli yöndən baxmağa imkan verən informasiyalar əldə edəcəksiniz. Yeni ideyanı dərhal reallaşdırmaq çətindir. Amma bilin ki, bir qədər sonra həmin ideya gerçəkləşdirilə bilər.
Günün ikinci yarısında sizi tənqid edən insanlardan inciməyin. Yolunuzda maneələr yaradanlara qarşı aqressiv olmayın. Taleyin ironiyasına bax ki, sonradan elə həmin insanlara minnətdar olacaqsınız.
Kiçik gəlirlər ola bilər.

Şir - həddən ziyadə ehtiyatlı olun. Sayıq, sərrast davranın. Macəra vəd edən olaylar təhlükəli ola bilər. Özünüzə əlavə problemlər yaratmayın. Hadisələrin sizə əlverişli olmayan məcrada inkişafı üçün 'təkan'lardan qorunun.
Günün ikinci yarısında baş verənlərə rəğmən bədbin olmayın, ruhdan düşməyin. Kiçik qələbələrə sevinməyi bacarın.
Alış-veriş, anlaşma, sövdələşmə, müqavilələr üçün əlverişli zamandır. Gəlir istisna deyil.
Axşam saatlarını istirahətə həsr edin.

Qız - intuisiyanız çox güclüdür. Məhz onun sayəsində dürüst qərarlar qəbul edin. Yolunuzdan sapmayın, məqsədə doğru qətiyyətlə irəliləyin. Əməl və qərarlarınız yaxın ətrafınızdakı insanlara ekstravaqant, qəribə, orijinal təsir bağışlasa da, istiqaməti dəyişməyin.
Tərəfdaşla işgüzar danışıqlar üçün əlverişli zamandır.
Günün ikinci yarısında ağır işin öhdəsindən gəlmək üçün etibar etdiyiniz insandan yardım istəyə bilərsiniz. Ev və ya ofis üçün mürəkkəb texnika almaq olar.
İşgüzar səfər yaxşı nəticə verəcək. Əyləncə isə gözlədiyiniz təəssüratı yaratmayacaq.

Tərəzi - əlverişli gün deyil. Emosional fon mürəkkəbdir. Qıcıqlı, hirsli, emosional olmayın. Hisslərin təsiri altına düşərək sonradan peşman olacağınız addım atmayın. Maliyyə məsələlərinin həlli, hətta planlaşdırılmış alış-veriş üçün uğurlu zaman sayılmaz. Əvvəlcədən hazırlanmış plana riayət etmək çətindir. İmprovizələr sizi sinirləndirə bilər.
Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Yaşlı qohumlarınızı incitməyin.
Kimsəni tənqid etməyin, sərt və aqressiv olmayın.

Əqrəb - birgə işgüzar maraqlarınızın olduğu insanlarla görüş üçün əlverişli zamandır. Peşəkar və ya kommersiya fəaliyyətini müzakirə etmək olar.
Dostlarla təmaslar və ya romantik münasibətlərin perspektivi yoxdur. Rəğbət bəslədiyiniz insanlarla belə, dil tapmaq çətinləşir.
Günün ikinci yarısında maliyyə məsələləri, ailə büdcəsi ilə bağlı problemləri həll etməyin. Mebel, məişət texnikası almaq, səfər planlaşdırmaq üçün əlverişli zaman deyil.Axşam saatlarına yaxın halsızlıq, xroniki ağrıların kəskinləşməsi istisna deyil. Özünüzü qoruyun.

Oxatan - səbrli və təmkinli olun. Ən xırda məsələyə görə hirslənməyin. Sonradan sizdə təəssüf hissi yaradacaq tələsik qərarlar verməyin. Planları sürətlə dəyişmək lazımdır və bu, təbii ki, sizi sevindirmir. Əvvəlcədən qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyir, amma bunu mövcud situasiyada necə etmək gərəkdiyini bilmirsiniz.
Günün ikinci yarısında köç, təmir, interyer dəyişikliyi məsləhət deyil. İstənilən texnikadan istifadə edəndə diqqətli olun. Səfər və ya səyahət çox vaxt alacaq.
Axşam saatlarında stresslərdən qurtularaq dincəlməyə çalışın.

Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz. Lakin özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin.
Yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər.
Günün ikinci yarısında problemlərinizi inandığınız insanlarla müzakirə edin.
Səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var.
Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın.

Dolça - günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil.
Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın.
Günün ikinci yarısı dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyinizi almaq istədiyiniz insanlarla görüş üçün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək.
Əyləncə isə ümidləri doğrultmayacaq.

Balıqlar - qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında münasibətlərdə harmoniyanı qısqanclıq və şübhə poza bilər. Gəlir və hədiyyə istisna deyil. Onlar gözlədiyiniz qədər böyük olmayacaqlar. / Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.