Yuxu Rejiminizi pozan bu kimi Şeylərdən Uzaq Durun

19 Ocak 2017
1 853
0
Yuxu Rejiminizi pozan bu kimi Şeylərdən Uzaq Durun
Yatağa girdiyinizdə nələr qadağandır, nələr mübahdır?
Əsas qayda: Yataq yalnız yuxu və seks üçündür!

Elm adamlarının yuxuyla əlaqədar araşdırmaları davam edir. Sonsuz və sirrli bir mövzu olan yuxunun insan həyatındakı mövqeyi şübhəsiz müzakirə mövzusudur.

Yataqda nələrə icazə yoxdur?

Feat.Az təqdim edir:

Televiziya

Yataq otağınızda televiziya saxlamaqdan və yatağa girdiyiniz an pultu əlinizə götürməkdən imtina edə bilmədinizmi hələ? Halbuki bədəndə melatonin istehsalını pozan bu vərdiş, sizin gerçək mənada boşalmanızın da qarşısını alır.

Saata baxmaq

Etməyin. Mobil saatı, divar saatı, masa saatı... Yuxu saatında bunlarla baxışmaq heç yaxşı gəlməz. Yaxşı, bunun yerinə nə etməlisiniz? Xəyal qurun. Yataqda tərpənin. Bir neçə sadə, yataqda edilə bilər məşq sizi yoraraq yuxuya apara bilər.

Çalışmaq

Edilən bir araşdırmaya görə, hər 10 professionaldan 8i yataqda işi sevir. Təbii kompüteri açıb komfortlu bir şəkildə işlərini həll etdiklərini düşünürlər. Bir tərəfdən doğrudur. Ancaq yuxu, xüsusilə keyfiyyətli yuxu adına bunu qadağan edin özünüzə. Çünki yataq otağını yuxu sahəsindən iş sahəsinə çevirirsiniz.

Tüklü yoldaşlara sarılmaq

Pişiklərimizi, itlərimizi əlbəttə çox sevirik. Bizimlə yatmaq istədiklərində də qıya bilmirik. Elə də bir zərəri yoxdur bunun. Amma əslində tam zərər deyilməsə də, yuxunu pozan allergiyanı tətikləyə bildikləri üçün çox tövsiyə edilmir.

SMS, whatsapp...

Yataqda uzanmışkən yoldaşlarla, sevgiliylə yazışmaq əyləncəlidir, deyilmi? "Şirin yuxular" yazan tərəf olaraq zamanında yazışmağı bitirən siz olun...

Kafein və nikotin

Qəhvə və siqaret asılıları üçün şübhəsiz üzlərini turşudan bir xəbərdir bu. Amma doğrudur. Bu iki maddə yuxunu pozur. Eyni şey kola, soda, kakao və şokolad üçün də keçərlidir.

Bəli, gördüyünüz kimi yuxunun da gigiyenik qaydaları vardır. Mütəxəssislər, xüsusilə yuxusuzluq problemi yaşayanlara bu anlayışı öyrənmələrini, öyrənməkdən əlavə yerinə yetirmələrini tövsiyə edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.