Heç vaxt dəbdən düşməyən "Blue eyes"ı necə etməli?

05 Haziran 2022
1 818
0
Heç vaxt dəbdən düşməyən "Blue eyes"ı necə etməli?
Xanımlar hansısa bir tədbirə gedəndə salona yollanmağa vaxt tapmaya bilərlər. Amma bununla yanaşı evdə makiyaj edib, gözəl görünməyə çalışırlar. Üzdə ən çox makiyajın olduğunu biruzə verən gözlərdir. Buna görə də gözlərə bir az kölgələr çəksəniz, salondan çıxmış kimi olacaqsınız.

Feat.Az
sizlərə "Blue eyes" makiyajını evdə necə edə biləcəyinizi təqdim edir:

1. Əvvəlcə, gözün üstünə ağ göz kölgəsi çək.

2. Uc hissəyə yeni ilin ən çox dəbdə olacaq göy rəngli göz kölgəsini yay.

3. Tünd göy və boz rəngli kölgəyə batırılmış fırça ilə uc hissəni rənglə.

4. Gözün orta hissəsinə isə bir az açıq-göy rəngli kölgə yay.

5. Gözün altına və üstünə qara qələm çək.

6. Gözün alt hissəsinə nazik göy kölgə yay.

7. 2022-ci il makiyajında kirpiklər cəlbedici olmalıdır. Buna görə də kirpiklərini bacardığın qədər uzat.

8. Üzə sadə, dəri rəngində tonal krem çək.

9. Yanaqlar solğun olmalıdır. Buna görə də açıq rəngli ənlikdən istifadə et.

10. Qarşıdan gələn ildə qalın qaşlar dəbdə olacaq. Əgər sən sarışınsansa, qaşlarını ya tünd qaş qələmi, ya da saç boyası ilə tündləşdir.

11. Sonda isə solğun dodaq boyasından istifadə et.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.