Düyü bişirəndə suyu atmayın! Gözəllik üçün İNANILMAZ FAYDALARI

05 Mayıs 2022
4 145
0
Düyü bişirəndə suyu atmayın! Gözəllik üçün İNANILMAZ FAYDALARI
Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur.

Düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.

Bu suyu təbii tonik və anti-age vasitə kimi istifadə etmək olar.

Hər gün düyü suyu ilə üz yumaq dərinin rəngini daha sağlam edir.

Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur, dərini təmizləyir.

Düyü suyu saçların sağlamlığı və gözəlliyi üçün də çox faydalıdır. Düyü suyu ilə saçları yaxalayada saçlar daha sağlam görünür və tez uzanır, parıldayır, elastik və yumşaq olur.

Düyü suyunun hazırlanması üçün düyü (uzun, yumru, qəhvəyi və s.) bişirilmiş su istifadə olunur. Suyu yaxşı süzün və 1-2 gün ərzində isti yerdə saxlayın ki, suda qıcqırma prosesi başlasın. Bu prosesin nəticəsində suyun kimyəvi tərkibi zənginləşir. Suyun dadı bir qədər turş olduqda onu şüşə qaba tökün və soyuducuya qoyun. Hazır düyü suyunu 3-4 gün ərzində istifadə edə bilərsiniz.

saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.