Saçları nəmləndirən MAYONEZ MASKASI

Lazım olanlar:
4 qaşıq mayonez
1 ədəd yumurta
3 xörək qaşığı zeytun yağı
Tətbiqi:
Bütün ləvazimatları qarışdırın və saçınıza vurun. 30 dəqiqə boyu qarışımı saçınızda saxlayın. Yarım saat sonra saçlarınızı bol şampunla yuyun.
Mayonez maskasını yuduqdan sonra saçınızda bir ağırlaşma və yağlılıq hiss edə bilərsiniz. Bu, normaldır. Saçınızda mayonezin qalmış olduğunu düşünüb təkrar yumağınız məsləhət deyil. Bu şəkildə ən az 1 gün saxlayın. Saçınız öz yağını buraxanda şampunlayıb yuya bilərsiniz.