Hansı güllər otaq havasını təmizləyir?

06 Mayıs 2017
2 015
0
Hansı güllər otaq havasını təmizləyir?
Evin havasında olan zəhərli kimyəvi maddələr və kanserogen maddələrdən xilas ola bilirsinizmi?

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, bu qorxuducu vəziyyətdən qurtulmaq həm asan, həm zövqlüdür. Evinizə yerləşdirəcəyiniz bu bitkilər həyatınızı xilas edə bilər.

Sansevieriya

Xərçəng yaradan trikloretilen maddəsini məhv edir.

Kaktus

Az qızdırılan otaqlarda saxlanılması vacib olan bu bitki, karbonmonoksid maddəsini təmizləyir.

Xlorofitum

Yerləşdiyi otaqdakı karbonmonoksidi 96% nisbətində məhv edir.

Azaliya

Azaliya gülü ammonyak (hidrogenin nitridi olub, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır) qazını sovurur.

Fikus benjamina

Təkcə mövcud olduğu otağı deyil, evin hər yanına yayılan formaldegidi (rəngsiz qazdır, qarışqa turşusunun aldegididir) təmizləyir.

Sarmaşıq

Bu bitki, plastil, yuyucu, mürəkkəb və siqaret tüstüsündə mövcud olan benzol adlı maddəni təmizləyir.

Payızgülü

Bu çiçək boyalarda olan trikloretilen maddəsini məhv etməkdə effektivdir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.