Ütünüzün altı parıldayacaq – YOXLAMAĞA DƏYƏR » Feat.Az Sekiller, Xeberler, Yazili

Ütünüzün altı parıldayacaq – YOXLAMAĞA DƏYƏR

09 mart 2018
948
0
Ütünüzün altı parıldayacaq – YOXLAMAĞA DƏYƏR
Paltarları ütüləyərkən ütünün altının təmiz olması çox əhəmiyyətlidir. Çünki yanlış dərəcədə ütülənən bəzi parçalar yanaraq, ütünün altına yapışır və digər paltarları ütüləyərkən onları da xarab edir. Feat.Az sizə ütünün altını təmizləməyin sadə üsullarını təqdim edir.



Duz



Ütünün altını təmizləmək üçün duz və qəzet çox təsirlidir. Əvvəlcə bir qəzet vərəqinin üzərinə duz tökün. İsti ütünü qəzet vərəqinin üzərində gəzdirin. Duzun dənəli forması pilinq kimi təsir göstərəcək və ütünün altını təmizləyəcək.



Sirkə




Sirkə ütünün altını təmizləyəcək bir digər təsirli vasitədir. Sirkə ilə ütünüzün altı ilk günkü kimi ola bilər. Təmizlik bezinə bir az sirkə tökün və bu bezi isti ütü ilə ütüləyin. Bu sayədə ütünün altındaki ləkə yox olacaq.
lent.az
Şərh Yaz