FeaT.Az və FeaT.AzLıLar.

04 Nisan 2015
2 524
0
FeaT.Az və FeaT.AzLıLar.

"FeaT.Az Tanışlıq Saytı Deyil Əyləncə və Məlumat Portalıdır"
Bütün Sayt İstifadəçiləri hamı xəbəri oxusun!!!
FeaT.Az və FeaT.AzLıLar.

http://i.hizliresim.com/dnAbm7.png

Salam Hörmətli FeaT.Az Userlərimiz.
http://i.hizliresim.com/dnAbm7.png
Doğrusu hardan başlayacağımı bilmirəm ) ilk öncə Saytımızın problemlərindən başlayaq.Hər bir saytda olan problemlər kimi FeaT.Az saytınında problemləri var.Əslində çoxda böyük problemlər görmüyə bilər çoxu bu dediklərimi.ancaq Saytımızda mən bunları problem kimi görürəm FeaT.Az üçün.Aramızda bəziləri var ki heç ailəsində bilmirlərki FeaT.Aza daxil olur.Bununda bir az araşdıranda bunlar çıxdı səbəb olaraq.

1)Hazırki dövrümüzdə bir çox əyləncə saytlarına tanışlıq məqsədiylə baxırlar loru dildə desək çatlaşmaq üçün

2)2-ci bənd əslində 1-ci bəndə görə səbəb olur Cəmiyyətimizdə bir çoxları elə düşünürki əyləncə portalları tanışlıq üçündür,əslində bunda haqsızda deyillər çünki hazırki dövrümüzdə bir çox əyləncə portalı bu məqsədlərlə istifadə olunur.


Əvvəlki kimi deyil,uşaqların sayı artıb daha çox. və.s belə çox səbəb saymaq olar,Lakin FeaT.Az TANIŞLIQ SAYTI DEYİL!!!ƏYLƏNCƏ və MƏLUMAT PORTALIDIR.İndiyə kimi bu haqqda qayda yox idi.Əlimizdən gələn qədər heç kimin FeaT.Azı tanışlıq məqsədiylə işlətməməsi üçün çalışırdıq ancaq qayda qoymamışdıq artıq bununçündə yeni qaydalar olacaq.Sayta daxil olub userlərimizə lazimsiz heç tanimadan dostluq göndərmək bu da yetməz kimi "Dostluğumu qəbul edin,Sizlə dost olmaq olarmi?" və.s bu kimi mesaj yazanlar saytdan 1-4 həftə müddətində uzaqlaşdırılacaq saytdan.Əgər yuxarıda deyildiyi kimi tanışlığa görə girənlər varsa saytsa saytdan gedə bilərsiz.FeaT.AZ TANIŞLIQ SAYTI DEYİL!!! Bundan əlavə kimsə sizi bezdirirsə təkrar-təkrar siz yazma dediyiniz halda sizi narahat edirsə şikayət edə bilərsiz.Sizlərin hər birinizdən bir istəyimiz varki Dostluğunuzda olan userlərdən hər hansı biri sayt reklamı edərsə bizə bildirəsiz skrinşotla birlikdə.Sizin adınız məxvi saxlanılacaq.

Əvvəllərdə dəfələrlə yazmışam FeaT.Azın adını heç kim Aznetdə başqa saytlarda qeyd etməsin,eləcə də FeaT.Azda heç kim Reklam Etməsin.Fərqi yoxdur sayt adı çəkməkdə reklam Sayılır.Belə Reklam edən olarsa Bizə bildirin Skrinşotla.Adınız məxvi saxlanacaq.Sizə 1000 epul göndəriləcək buna görə.


Xəbərlər göndərərkən nə xəbər gəldi göndərməyin.Xəbərlərin ana səhifəsi üçün şəkilləri keyfiyyətli xoş görünən şəkillər seçin.Xəbərləri AZL şriftiylə göndərin.Xəbər adlarını hamısını böyük hərflərlə yazmaq olmaz.xəbər göndərərkən düzgün bölmələri seçin.məsələn Maraqlı xəbərlər bölməsinə İslam xəbərlərinidə digər bölmələridə daxil etmək olmaz.Bunlara diqqət edin Xüsusəndə Editorlar və Jurnalistlər.Öz xəbərlərinizi sayta göndərərkən 30 dəqiqə aralarla göndərin.Bu qaydaya Hamı əməl etsin! Göndərirsiz gözləmədən bir düşünün sizin kimi digər məsələn deyək ki 5 digər userdə belə xəbər göndərdi bundan əlavə 2 3 xəbəri ard arda göndərdi buda 10-15 xəbər edir yəni ana səhifədə 10 15 dəqiqəyə tam dəyişməyi deməkdir.digər xəbərlərdə ana səhifədə qalsın qoy.buna görə Nizamlanır Ana səhifədə xəbərlərin sayı 20-25 arası olur.ancaq sizlərində hər birinzi bu qaydaya əməl etməniz tələb olunur.Vaxtı düzəldə digər bunu bilən userlərdən öyrənə və ya mənə deyə bilərsiz öyrədərəm.Bilməmək eyib deyil ,bilməyibdə öyrənməmək eyibdir.

Başqa saytların xəbərini copy+paste edib FeaT.Azda heç kim eynisini paylaşmasın.Əziyyət çəkin xəbərin üzərində.Əgər xəbər 1 saytdan çoxunda varsa FeaT.Azda paylaşa bilərsiz ancaq yenədə üzərində dəyişiliklər edərək,özünüzdə bir az əziyyət çəkin.Hazıra Nazir olmayın.Eyniylə digər saytlardaAdminlə əlaqə var ordan Bu barədə şikayət edə bilərsiz.Xəbərin adı müəllifin adı və saytın adını qeyd edin şikayət göndərərkən bu məsələylə bağlı.

Hər bir saytda demək olarki problem olan Şərh məsələsi.Saytda sizi ən çox şərhlərinizə görə tanıyırlar.İlk öncə onu demək istıyirımki xəbər göndərdiyimiz kimi şərhlərdə də aktiv olaq.Müəllifidə həvəsləndirək
.Bir fikirləşin siz əziyyət çəkib xəbər göndərdikdə xəbərinizə yazılan şərhlər sizləri nə qədər həvəsləndirir.Buna görədə hamımız birlikdə oxuduğumuz xəbərlərə şərh yazaq."tşk,təşəkkürlə,superrrrrrrr" və.s bu kimi şərhlər heç kimə lazim deyil.normal xəbər haqqında fikrinizi yazın.Düşünürəmki Saytımızda hamının öz müstəqil fikrini xəbərə yazmaq iqtidarındadır.Xəbərdə yazılan o cür Şərhlər müəllifə və sayta hörmətsizlikdir.Xəbərlərin müəllifidə özümüzük,Özünə hörmət etməyəndə başqasına hörmət etməz.Hamımızın özünə hörmət etdiyini düşünürəm.Müəllif Əziyyət çəkib xəbər göndəribsə sizlərdə şərhlərinizi yazaraq onu daha da həvəsləndirə bilərsiz.

Müəllif və Şərh yazanlar arasında bəzən anlaşılmazlıqla ola bilir.Müəlliflər Xəbərə müsbət şərh yazılarkən qəbul etdiyiniz kimi mənfi şərh yazılarkəndə qəbul etməyi bacarmalısız.Şərh yazanlarda diqqətli olun.Təsəvvür edinki 1 saatdır oturubsuz əziyyətlə xəbər hazırlayırsız sonra kimsə gəlib o qədər əziyyətinizi heç edir,pisləyir.Siz özünüz necə olardız o an?! EYniylə həmin Xəbrdə də şərh yazaraq müəllifi həvəsləndirə bilərsiz.Bunu bütün xəbərlərə şərh yazın dey dmeirəm sadecə müəllif əziyyət çəkib xəbər gödnəribsə səndə 1 2 kəlmə normal fikrini bildirə bilərsən xəbər haqqında.

Hamımız bir fərdi nümayiş etdiririk,nə qədər virtual desəzdə virtual artıq realın bir hissəsi olub bunu bəziləri qəbul etməsədə.Kiminsə səhvini və ya hər hansı bir mənfi cəhətini toplum içində üzünə vurmaq doğru olmadığı kimi saytda da eyniylə bu qaydalara riaət edin.Hamı əylənmək üçün gəlir.Kimsə İstəməzki boş yerə əsəbləşib çıxsın.Buna bizdə imkan verməməyə çalışırıq əlimizdən gələn qədər.

Editorlar hamınız öz işinizi görün.Editorların ilk vəzifəsi sayta daxil olduqdan sonra bazadakı xəbərləri redaktə etməkdir,əgər bazada yetərli xəbər yoxdursa sabaha avtoya yığmaq üçün bazaya xəbər göndərməlidir.Buna Bütün Editorlar əməl etsinlər.Göndərilən xəbərlərdə Başqa saytın loqosu olan Şəkil və ya Yazı olmaz.Bu yalnız Əyəncə saytlarna aiddir.Digər hallarda İstinad bildirmək tələb olunur.

Əvvəldə qeyd etmişdik ki Saytda Redaktor statusundan yüksək statuslar digər saytlarda olması qadağandır.Bu qaydanı pozanlarin statusları alinacaq və müəyyən müddət cəza veriləcək.

Saytda bəzi Funksiyalar yığışdırıldı məsələn: Mini Çat.artıq Umumi mini çat olmayacaq.Yalnız yuxarı stslular üçün nəsə təşkil edəcəyik.Hər yoldan keçənin gəlib saytda özünü göstərməyinə ehtiyac yoxdur FeaT.Aza lazımda deyil.

Saytda bildiyiniz kimi artıq 1 aya yaxındır təmirlə əlaqəli olaraq bəzi funksiyalar işləmirdi.Bu qədər uzun müddət çəkməyinində öz səbəbi vardı.Bu problem həll oldu,in şa ALlah tezliklə Saytın özündə olan dəyişilikləri görəcəksiz.Dizayn eyni qalacaq sizlər bəyəndiyiniz üçün,lakin dizaynı daha da təkmilləşdirəcəyik.


Saytda 3 Adminimiz var.FeaT.Azın Adminləri ALiYeV,Regina..,✦Kıvırcık✦dır.Bəzi Userlərimiz Bilmədiyi üçün Bir daha xatırlatmaq istədim.

http://i.hizliresim.com/dnAbm7.png

Heç Bir Admin,editor və ya jurnalist özünü digər userlərə stsu yuxarıdır deyə aşağdan yuxarı baxmasın,əgər buna ehtiyac olsaydı özüm edərdim sizlərədə deyərdimki belə edin.Ancaq digər userlədə bundan istifadə etməməlidir,Admin və ya Editor xəbərdalıq göndərirsə userlərdə qulağardına vurmayın söz dinləyin.UNUTMAYINKİ HÖRMƏT HÖRMƏTƏ BAĞLIDIR ! Əsas odurki hamımız insanıq stsa saytda sizlərin daha çox huququnuzun olmasıçündür yoxsa kiməsə aşağı səviyyəli baxmağınızçün deyil.Belə olan halda o yuxarı mərtəbəsindən düşürtməyidə bilərik qaldırdığımız kimi.

http://i.hizliresim.com/dnAbm7.png
FeaT.Az günü gündən inkişaf edir və daha da təkmilləşir.FeaT.Azın Yeni Proyekti olan FiT.Az Xəbər və Maraqlı Məlumatlar Portalı tezliklə sizlərin istifadənizdə olacaq.Yeni Laihələrimizdən Mp3.FeaT.Az Tezliklə istifadənizdə olacaq.Mp3.FeaT.Az istifadəyə verildikdən sonra yüklənən mp3ləri tam loqosuz sizlərçün paylaşacayıq.Bundan başqa Musiqilərin Sayı da artacaq.Azəri,Türk,Rus və digər Xarici mahnılar daha çox paylaşılacaq.

FeaT.Az və yeni saytımız olan hələ fəaliyyətə başlamayan FiT.Aza Jurnalistliyi bacaran Userlər Tələb olunur.FiT.Az FeaT.Azdan Fərqli olaraq Maraqlı məlumatlar və Xəbərlər portalıdır.
Sayta sərbəst xəbər göndərə bilən,redaktəni sərbəst bacaran, Jurnalistlər tələb olunur.Bacaranlar varsa və ya realda dostu tanışı bacaran varsa deyə bilərsiz.

Saytımız artıq Günlük hər gün 7000 dən çox ziyarətçi qəbul edir.7 aya bu qədər nəticə əldə edə bildik in şa ALlah daha da yaxşı olacaq yeni Proyektlərimiz və saytdakı təmir bitdikdən sonra.Saytdakı bütün dəyişiliklərin sizlərin rahatlığı üçün edilir.hər şeydə sizlərin istəyi və hazırki vəziyətdə alınan qədər düzəldiləcək.

Təxminən 6-12 ay sonra in şa Allah qismət olarsa FeaT.Azda elə bir yenilik olacaqki bu yenilik 99% userlərimizi qane edəcəyinə və daha da həvəsləndirəcəyinə əminəm...

P.S Saytımız üçün olan bu məqaləni bir-bir yazıb hazırlamışam sizlərçün.Sonra kimsə gəlib mənə yenədə burda yazdığımı deməsin "Niye qovuldum",niye Ban Etdiz" və.s.Sizlərdə məncə 5 dəqiqənizi ayırıb oxuya və fikirlərinizi qeyd edə bilərsiz hansı qaydalarla razılaşmırsızsa və ya hansı qaydaları görmək istəyirsizsə.

FeaT.Az Sənin Fərqli Dünyan..

http://i.hizliresim.com/dnAbm7.png

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.