FeaT.Azlıların Sual və Problemləri... (Yeniləndi)

22 Nisan 2015
1 609
0
FeaT.Azlıların Sual və Problemləri... (Yeniləndi)

Kimin nə şikayəti,problemi,iradı,təklifi və.s varsa qeyd edə bilər...
FeaT.Azlıların Sual və Problemləri... (Yeniləndi)

Salam Hörmətli FeaT.Az üçün bir o qədərdə dəyərli olan FeaT.Azlılar.Saytımız artıq 8 ay 10 gündürki fəaliyyət göstərir,bu qısa müddətdə MaşAllah maksimum irəliləyə bilmişik.Hamı bu nəticələrlə tanış olmasada bəzi userlərimiz saytımızın qısa zamanda nə uğurları olduğunu bilirlər.İlk öncə artıq günlük demək olarki hər gün 10000 useri keçirik bu munasibətlə hər bir userimizi və FeaT.Azda əziyyəti olan lakin indi burada olmayan userləridə təbrik edirəm.Bu dediyimiz nəticəllərin hamısının görüntülü subutu var yəni boş yerə özümüzdən demirik başqaları kimi belə superik,nömrə birik və.s :))

Real Həyatımızda olduğu kimi FeaT.Azında öz problemləri var.Bu problemləridə hamımız birlikdə olduqca yalnız öhtəsindən gələ bilərik.Necə deyərlər "Güc Birlikdədir".

1) Hamınızda XahişimTələbim Saytda olan qaydalara hamı əməl etsin,sonra heç kim inciməsin məndənki niyə belə etdin.

2) Heç kim saytda digər bir userimizdən üstün deyil,Saytda qrupun yüksək ola bilər ancaq bu o demək deyilki qrupa görə qurrələnəsən,Səndə hamı kimi bu saytın bir fərdisən.Ancaq qrupu yüksək olan userlər digər userlərə xəbərdalıq edəndə onlarda bu dediklərimdən istifadə etməsinlər,Hörmət,Hörmətə bağlıdır.

3) Hamınız Mehriban olun,dava dalaş lazım deyil bizlərə.Siz nə qədər mehriban və aktiv olsaz sayt daha da maraqlı olacaq.Unutmayınki bu işdə 50% biz rol oynayırıqsa hər bir fərdində rolu böyükdür.Hər şeyi saytdan gözləmək olmaz,özünüzdə hərəkət etməlisiz.Ən azında Saytda yazılan və oxuyub bəyəndiyiniz xəbərlərə normal fikrinizi bildirə bilərsiz,müəllifi də həvəsləndirmiş olarsız beləcə.

4) Əvvəllərdə qeyd etdiyim kimi başqasının xəbərni oğurlamaq olmaz belə edənlər cəzalandırılacaq,xəbərin əsl sahibi bizə bildirərsə bunu,həmin xəbər saytdan silinəcək.Heç kimdə dirəşməsinki buna görə xəbəri niyə silirsən.Yaxşı edirəm başqasının haqqıdır.İnanınki Facebook,ok,vk,twitter və.s digər sosial şəbəkələrdə N qədər məlumat tapa bilərsiz xəbər hazırlamaqçün.Kömək istəyən olarsa mənə desin köməklikdə edərəm bu mənada.

5) Açıq-saçıq şəkillər demişdik ki olmaz çoxdandır demirəm deyə yavaş-yavaş görürəmki yenədə belə xəbərlər artmağa başlayır.Çoxda açıq şəkillər göndərməyin.


Hələlik bu qədər mən yazdım.Bu Xəbər hər 2-3 ayda qoyulacaq sayta.Kimin nə şikayəti,problemi,iradı,təklifi və.s qeyd edə biləcək.Kimə haqsızlıq olubsa FeaT.Azda qeyd etsin, Saytın adını zədələmək üçün yalançı haqsızlıqlar yox həqiqi olubsa yazsın,əlavə bəhanələrə ehtiyac yoxdur.Əlimizdən gələni bu mənada edirik.Saytda da ən çox buna fikir verməyə çalışırıq.Hər kəsin özünün ilk öncə buna diqqət etməyini səsləyirik.Saytda hər hansı bir Laihələr təşkil etmək istəyənlər varsa qeyd edə bilərlər.Bizdə əlimizdən gələn qədər bütün yazılan fikirləri nəzərə alacayıq.Hamınızın problemlərini həll etməyə çalışacayıq.

FeaT.Az Sizin Rəngli Dünyanız
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.