Bu mövsümün dəbi: Midi Ətəklər
Çox deyil, təxminən 10 il əvvəl midi ətəklər dəbdə idi.Təbii ki forması indikindən daha fərqli idi, ümumiyyətlə aşağı kəsinli idi. Bu dəfə şəkil dəyişdirərək həyatımıza daxil olur. Uzun bel kəsimli olub, diz altında bitir. Hətta bəzi modellərdə topuğa qədər uzanır.
Hər bədən tipinə görə tikilmiş midi ətək var. Əhəmiyyətli olan bədən tipinizə uyğun olanı seçməkdir. Əgər bel qisiminiz incədirsə, qabarıq olan modelləri seçim edə bilərsiniz. Ancaq göbəyi olanlar seçim edərkən diqqətli olmalıdır. Seçilən qabarıq midi ətəklə olduğunuzdan daha kilolu görünə bilərsiniz.
Aksesuar seçimində minimal olanları seçmək daha doğrudur. Midi ətək geyildiyində boy balaca göründüyündən ötəri dikdaban ayaqqabıyla geyinilməlidir. Əgər boyunuz uzundursa, düz bir ayaqqabıyla tamamlaya bilərsiniz.