Həyatıma günəş kimi doğdun

25 Ocak 2015
3 489
0
Həyatıma günəş kimi doğdun
Həyatıma günəş kimi doğdun


Həyatıma günəş kimi doğdunHəyatım qaranlıq idi , həyatıma günəş kimi doğdun. Nə qədər insan əksinə çıxmaq, sənin işıqlarını boğmaq istədi. Amma sonda onlar da başa düşdü sənin şüaların sönərsə mənim də həyatımın sönəcəyini.
O qədər incitdi, ağrıtdı ki, şüaların məni amma heç vaxt kölgə axtarmadım, düşündüm bu ağrıları verirsənsə mənə şəfasını – kölgəni də verəcəksən.

Həyatıma günəş kimi doğdun

Həyatıma günəş kimi doğdunMən həyatın bütün gözəlliklərini səninlə yaşadım. Mən sənin şüalarınla düzgün yolu tapdım, pisi, əyrini gördüm. Səhv addım atdimsa belə yenə sənin şüaların məni düzgünlüyə çıxartdı.
İstiliyinlə məni qucaqladın, mənə həyat verdin. Gecələrə nifrət edirdim, səni əlimdən alırlar deyə. Səhəri səbirsizlikə gözləyirdim. Hər səhərin açılışını, günəşin doğuşunu səninlə birlikdə izləyirdim.

Həyatıma günəş kimi doğdun

Həyatıma günəş kimi doğdunAmma təkcə yağışlı gecələri sevirdim çünki qoxusunda sən var idin sevgilim. Yadındadır əl-ələ tutub yağışın altında gəzdiyimiz o sakit gecə. Elə ilk görüşümüz də yağışlı bir gündə idi. Yağışın yağmağı xeyirdir deyirdilər mənə amma sonumuz xeyir olmadı sevgilim...

Həyatıma günəş kimi doğdun

Həyatıma günəş kimi doğdunVaxt gəldi hiss etdim ki, nə yağışlı havalar, nə sakit gecələr , nə də ki açılan səhərlər heç biri artıq bizi sevindirmir. Etdiyim səhvlərə görə artıq şüaların belə mənə istilik vermir, canımı çox üşüdürdü. Və bu gün artıq o şüalardan əsər-əlamət yoxdur, mən yenə əvvəlki qaranlığımda boğuluram sevgilim.



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.