Britaniyalı tarlada mebel becərir - VİDEO + FOTOLAR
Britaniyanın "Full Grown" şirkətinin sahibi Hevin Manro ağac mebel istehsalının qeyri-ənənəvi üsulunu fikirləşib. O, mebeli, sözün əsl mənasında, becərir.
Salamnews-un "avivas.ru"ya istinadla verdiyi xəbərə görə, birinci mərhələdə cavan ağaclar əkilir. Sonra ağacların budaqları və gövdələri mexaniki olaraq lazımi formada əyilir. Arzu olunan yekun element (məsələn stul) əlavə birləşdirici elementlər olmadan, tam olmağı üçün budaqlarla bir-birinə calanır. Bundan sonra ağacların bir az boy atmağını gözləmək qalır.
Proses bir neçə il vaxt aparır - ağac tipindən asılı olaraq, dörd ildən səkkiz ilə qədər.
Hazırda Devonşirdəki "mebel tarlası"nda təxminən 400 mebel predmeti becərilir.
"Canlı" stulların ilk partiyasının 2017-ci ilin ortalarına hazır olacağı gözlənilir.