Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..

26 Ağustos 2015
1 936
2
Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..
Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


İçimdən heçnə gəlmir..
Nə yazı yazmaq,
Nə xəyal qurmaq,
Nə də ki etməyi sevdiyim küləkdən ətrini gözləmək.
İçimdən hərşey gedir,hərkəs gedir.
Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..
İçimdən gedən gedənə bu aralar ..


Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Və sonunda tərk etdi ağlım başımı..
İndi gözləyirəm başım bu dünyanı nə vaxt tərk edər deyə,
Günlərim bir yana nəfəslərimi sayıram artıq..



Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Xoşbəxt tərk etmək istəyirəm buraları,
Bir daha dönməmək üzrə..
Çox uzaqlara..
Darıxa bilməyəcəyim qədər uzaqlara ..
Hər istədiyinizdə tapa bilməyəcəyiniz qədər uzaqlara..


Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Bir ehtiyacın olmaq istədim.
Mənə ehtiyac duy istədim.
Dərdin olmaq istədim.
Dərmanı məndə gör istədim.
Baş ucunda oturub səni izləmək istədim.
Gözlərindən öpmək,saclarına toxunmaq..
Gələcəyində olmasam belə,keçmişində izlərim olsun istədim ..
Sən heç belə istədin mi xəyallarına məni?



Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Bilirsən Adam? Səni hələ də gözləyirəm..
Bugünə qədər gözləməkdən vazkeçmədən yaşadım.
Gecələri yazdığın şeirlərini oxuyuram və heçbirində özümü görmürəm.Sanki başqasına aşiq bir adamın həsrətini yazmısan..
İndilərdə yazdığın şeirlərin səbəbi mənəm mi görən ?
Heç sanmam..


Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Zəif idim sənə qarşı,
Bir baxışına gələ bilərdim,
Bir gülüşünə ölə bilərdim..
Dəfələrlə tərk etsən belə,bir gəlişinə sevə bilərdim..
Baxmadın.
Gülmədin.
Gəlmədin.. Bilmədim..



Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Sürətlə uzaqlaşır gəmilərin artıq bu limandan..
Geriyə dönəcək bir sahil buraxmadan həmdə.
Mənim limanım artıq dar gəlir sənin gəmilərinə Sevgili ..


Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Bir bazar günü daha sonlanmaq üzrədir artıq,
Bugünün digərlərindən fərqi olmadan həmdə..
Bəlkə də istirahətini bir siqaret daha çox yandırmaqda görür bəzi adamlar,
Bir musiqiyə daha qulaq asmaqda gün bitmədən,
Bir şeir daha yazmaqda bəzəndə qələmin mürəkkəbi bitmədən,
Kim bilir ?
Siz də günü yola verərək mi yaşadınız bu bazarı ?


Yazılarım barmaqlarımı,xəyallarım beynimi,ətrin küləyimi tərk edir..


Otağın bir küncündə yanan lampa olduğu yeri aydınlatsada,insanın yalnızlığını ortaya qoyar həmdə,
Gecələri sönsəndə yatmayan gözləri ortaya qoyar,
Mavi baxan gözlərin,dolmuş buluddan qara oluşunu ortaya qoyar..
Gündüz olunca yenə sıradan bir həyatı yaşayar,gecələri bir küncdə lampa yanan otaq.




Əvvəlki Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 26 Ağustos 2015 17:08
    Qeseng yazilardi cox beyendim.emeyin ucun sagol.
  2. royus
    • royus
    • 26 Ağustos 2015 11:03
    cox gozel xeber alinib mahni ise super tesekkur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.