Tərcümə olunmayan sözlər

04 Kasım 2015
5 675
3
Tərcümə olunmayan sözlər
[

Tərcümə olunmayan sözlər
Hər dilin özünəməxsus, aid olduğu xalqın mədəniyyətinə, yaşam tərzinə xas xüsusi sözləri olur ki, digər dillərə bir sözlə tərcüməsi mümkün olmur. Belə sözlər ifadə etdiyi məna və lakonikliyinin cazibəsi ilə çoxumuza maraqlıdı. İşlərindəki xırdalıqlara olduqca önəm verən və hər illustrasiyasına daha yaxından baxmağa məcbur edən İngilis illustrator Mariya Tiurina da bu cazibəyə düşənlərdəndir. Belə ki, «Untranslatable words» proyekti çərçivəsində belə sözləri illustrasiyalarda canlandırıb.



Duende (ispanca) — Bir sənət əsərinin insana dərindən təsir etmə gücü.




Baku-shan (yaponca) — Gözəl qız, ancaq arxadan baxdığınızda.




Schadenfreude (almanca) — Başqalarının bədbəxliklərini görməkdən doğan məmnuniyyət.




Pålegg (norveçcə) — Bir dilim çörəyin üstünə yerləşə biləcək hər şey.




Torschlusspanik (almanca) «Bağlanan qapı qorxusu» və ya, yaş ötdükcə əldən çıxan fürsətlərə duyulan qorxu.




Kyoikumama (yaponca) — Övladına dərslərində uğurlu olması üçün amansızca yüklənən ana.




Age-Otori (yaponca) — Saç kəsimi sonrası əvvəlkindən daha bərbad görünmək.




Schlimazl (Yiddiş dili) — Davamlı uğursuzluğa uğrayan şəxs.




Gufra (ərəbcə) — Bir ovuca sığa biləcək suyun miqdarı.




Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».




Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».


    təşəkkürlər. Maraqli məlumat idi.
  2. -Aydan-
    Luftmensch (Yiddiş dili) — Xəyalpərəst insanları ifadə edən söz. Lüğəvi mənası «hava insanı».
    -Ən çox bunu sevdim)
    -Maraqlı idi .. GÖözəl və maraqlı ideyalardır.
    -Təşəkkürlər.
  3. SEHRI
    • SEHRI
    • 4 Kasım 2015 12:09
    Gozel maraqli xeberdi xosuma geldi.tesekkur edirem
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.