Uçurum kənarındakı evlərdə yaşamaq
Natura Vive adlı memarlıq ofisi Peru’da Sagrado dərəsinin dik qayalıqlarına inşa etdiyi kapsul evlərdə cəsur qonaqlarını gözləyir. 8 metr uzunluğu və 3 metr hündürlüyü olan Skylodge adlı kapsul evlər yerdən 122 metr yüksəklikdə yerləşir və tamamilə şəffafdır. Adrenalin sevənlərə ulduzlarla iç-içə yatmaq imkanı verən Skylodge evlərində 4 yataq, 1 yemək və bir də hamam otağı yerləşir. Uçurum kənarında yerləşən bu evlər haqqında videodan daha çox şey öyrənə bilərsiniz:
Yerdən onlarla metr yüksəklikdə və qayalıqar üzərində inşa edilən evlərə gedə bilmək üçün iki fərqli alternativiniz var. Bunlardan birincisi, öz gücünüzə güvənib qayalarla dırmaşmaq, digəri isə Skylodge evlərinin təklif etdiyi iplərlə evlər qalxmaq olacaq. Hər iki yolun həyəcanlı və qorxulu olmasına baxmayaraq, bu evlərdə yaşayacağınız həzz üçün buna getməyə dəyər. Uçurum kənarındakı bu heyrətamiz evləri yəqin ki, ölmədən öncə görülməsi lazım olan yerlər siyahısına əlavə etmək lazımdır.
pahoo.az