Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı
Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Tarixdə bizə öyrədilən kişi inqilabçılardan əlavə, prinsipləri və idealları uğrunda vuruşan, həyatını bu yolda qurban verməkdən çəkinməyən, adını az eşitdiyimiz, bəlkə də heç eşitmədiyimiz qadın inqilabçılar da olub. Biz də bu ədalətsizliyi aradan qaldırmaq üçün tarixdə xüsusi iz qoymağı bacarmış cəsarətli qadınlar haqqında yazını sizə təqdim etmək qərarına gəldik.

Beləliklə, inqilabçı və üsyankar ruhlu qadınlar:

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

1. Petra Herrera

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Meksika İnqilabı ərəfəsində “soldaderas” adı ilə tanınan qadın əsgərlər kişilərlə birlikdə döyüşə qatılmışdılar. Petra Herrera da məhz bu qadın əsgərlərin ən tanınmışı idi. Qadın əsgərlər bir çox zorakılığa məruz qaldığı üçün o cinsini gizlədərək, Pedro Herrera adı ilə vuruşmuşdur. O inanılmaz şücaət göstərmiş, liderliyi əlinə almış və cinsini çox gec açıqlamışdı. İkinci Torreon döyüşünə özü ilə birlikdə 400 qadınla qoşularaq, göstərdiyi qəhrəmanlıqla hər kəsin təqdirini qazanmışdı. Təəssüf ki, o, qadın olduğu üçün təltif edilməmiş, öz silahdaşları tərəfindən şücaətləri gözardı edilmişdir. Məhz buna görə də Herrera xidmət etdiyi ordudan ayrılaraq, ancaq qadınlardan ibarət olan birlik təsis etmişdir.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

2. Nadejda Krupskaya

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Bir çoxu Nadejda Krupskayanı təkcə Vladimir Leninin həyat yoldaşı olaraq tanıyır. Lakin Nadejda həm də Bolşevik inqilabçısı və siyasətçi idi. 1929-cu ildən vəfatına qədər Sovetlər Birliyinin Təhsil Naziri Müavini də daxil olmaqla, müxtəlif siyasi fəaliyyət göstərmiş, təhsil sitemində köklü dəyişikliklərdə birbaşa iştirak etmişdir.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

3. Constance Markievicz

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Constance Markievicz ( həqiqi adı Gore-Booth), Sinn Féin ve Fianna Fáil bölgəsində siyasi fəaliyyət göstərmiş, inqilabçı-milliyyətçi, eyni zamanda da soialist idi. O, 1916-cı ildə İrlandiyada baş qaldırmış Pasxa üsyanının liderlərindən biri olmuş, bir çox döyüşlərdə iştirak etmişdir. Üsyandan sonra tutulan 70 nəfərin içində tək qadın o idi. Ölüm cəzası verilməsinə baxmayaraq, qadın olduğuna görə əfv edilmişdi. Məhkəmə qaynaqlarında qeyd edilib ki, o, bu qərara “Siz kaş ki məni vura biləcək qədər dürüst olardınız.” şəklində reaksiya verib. Conctance dünyada nazir vəzifəsində çalışan ilk qadınlardan biri hesab olunur.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

4. Nwanyeruwa

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

İgbo qəbiləsindən olan nigeriyalı Nvanyeruva Afrikada ingilis hakimiyyətinə qarşı mübarizə olaraq qısa müddətli mübarizəni başladan qadındır. 1929-cu il, 18 noyabr tarixində Nvanyeruva siyahıya alma üzrə məmur Mark Emereuwa “keçilərini, qoyunlarını ve insanlarını sayacaqsan” dediyində buna qarşı çıxdı. Bu, dövlətin ondan vergi alacağına işarə idi və bir qayda olaraq, qadınlardan vergi alınmırdı. Nvanyeruva bu məsələni digər qadınlarla da müzakirə edərək, iki ay sürən Qadınların Müharibəsi adlı etiraz aksiyaları başlatmış oldu. Bölgənin hər yerindən iyirmi beş min qadın bu etirazlara qoşularaq, yeni çıxarılan vergilər, ingilis məmurların özbaşınaqlılarına qarşı mübarizə apardılar. Nəticədə qadınların vəziyyəti yaxşılaşdırıldı, ingilislər vergi məsələlərində geri çəkilməli oldular və bir çox məmur işdən azad edildi.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

5. Lakshmi Sehgal

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Xalq arasında “Komandir Lakshmi” olaraq bilinən Lakshmi Sehgal Hind azadlıq hərəkatı inqilabçılarından biri olmuş, Hindistan Milli Ordusunda əsgərlik etmişdir. 1940-cı illərdə Hindistanda ingilis müstəmləkəçiliyini devirmək üçün savaşan və tamamilə qadınlardan ibarət olan “Jhansi Kraliçası” hərbi birliyinin komandiri idi. Bu hərbi birlik İkinci Dünya Müharibəsində iştirak edən və ancaq qadınlardan ibarət olan azsaylı birliklərdən biri idi. Birliyin adı Hind tarixinin başqa bir inqilabçı qadın olun Rani Lakshmibai’nin adından götürülmüşdü.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

6. Sophie Scholl

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Alman inqilabçı Sophie Scholl əl elanları və divar yazıları ilə Hitler rejiminə qarşı mübarizə aparan, pasifist Anti-Nasist mübarizə birliyi Bəyaz Gülün qurucu üzvü idi. Universitetdə əl elanları payladığı üçün həbs olunmuş və edam cəzasına məhkum edilmişdi.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

7. Blanca Canales

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Blanca Canales Puerto Riko Milliyətçi Partiyasının qadın qolu olan Azadlığın Qızları hərəkatınıln qurulmasında böyük rol oynayan milliyətçi idi. Jayuya Üsyanı olaraq bilinən, tarixdə Birləşmiş Millətlərə qarşı başlayan üsyanın liderliyini edən bir neçə qadından biri idi.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

8. Celia Sanchez

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Bir çoxumuz Fidel Castro ve Che Guevaranı tanısaq da, çox az insan Celia Sanchez adını eşidib. Sanchez Kuba İnqilabının mərkəzindəki qadındır və hətta qərarları verən insanın o olduğu kimi iddialar da mövcuddur. İnqilabda bir çox döyüşlərə başçılıq edən Celia, inqilabdan sonra da ölənə qədər Fidel Kastronun yanında oldu.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

9. Esma Mahfuz

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Esma Mahfuz müasir dövrün inqilabçısıdır. O, 2011-ci ildə Misirdə üsyanın baş qaldırılmasına səbəb olan Təhrir meydanındakı etiraz çıxışı ilə tanınır. Misir İnqilabının liderlərindən biri olan Mahfuz, Misir İnqilabi Gənclik Koalisiyasının da tanınmış üzvüdür.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

10. Kathleen Neal Cleaver

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı

Kathleen Neal Cleaver Qara Pantera Partiyasının üzvü və idarə heyətinin ilk qadın üzvü idi. Partiyanın mətbuat katibliyini edirdi. Eyni zamanda da, həbsdə olan partiya üzvü Huey Nevtonun azadlığa buraxılması üçün aparılan kampaniyanın tərtibçisi idi.

Tarix kitablarında tapa bilməyəcəyiniz 10 qadın inqilabçı


Mənbə:Pahoo.az
Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Maraqlı xəbər idi bilmirdim ..
    -Təşəkkürlər məlumat üçün..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.