Təbiətin qeyri adi möcüzələri

27 Kasım 2015
4 640
2
Təbiətin qeyri adi möcüzələri
Təbiətin qeyri adi möcüzələri

Təbiətin qeyri adi möcüzələri

Dünyanın fərqli yerlərində qarşımıza çıxan, göz aldadıcı anlar milyonlarla yerli və xarici turistləri ətrafına cəlb etməyi bacarır. Bir ağac ya da bir qaya bəzən çox fərqli görünüşü ilə cəlb edici olur.

Dünyada bu cür göz oxşayan qeyri adi yerlər həddindən artıq çoxdur. Yerli və xarici turistlərin hər zaman ziyarət etdiyi bu yerlər göz oxşayır.Sizin üçün dünyanın ən maraqlı və qeyri adi təbiət görüntülərini təqdim edirik:


Təbiətin qeyri adi möcüzələri

1. Moeraki boulders, Yeni Zelandiya

Təbiətin qeyri adi möcüzələri

Dəniz sahilindəki yumru nəhəng topu xatırladan Moeraki boulders yəni Moeraki qayaları yer üzündə görə biləcəyiniz ən maraqlı qayalardır. Qayalıqlar sevimli görünə bilər amma olduqca ağırdır. Ən ağır qayalıq 40 ton. Orta hesabla 1 qayalıq 3 metrə yaxındır . Dəniz geri çəkildikdə qayalıqlar daha aydın şəkildə görünür. Kimi zaman da dəniz yüksəlir və qayalıqları görmək çətin bir hal alır.

Təbiətin qeyri adi möcüzələri

2. Baobab ağacı, Madaqaskar

Təbiətin qeyri adi möcüzələri

Şərqi Afrika ölkəsi Madaqaskarda filmlərə və nağıllara mövzu olan baobab ağaclarını yəqinki çoxlarınız xatırlayır. Bu ağacların gövdələri çox geniş olur və ağacın içini ovaraq kiçik otaqlar belə hazırlanır. Boyu 9-10 metr olan bu ağacların gövdəsi 23 metrdir. Çəllək formasındakı geniş gövdələrin üzərində də ağacın budaqları var.

Təbiətin qeyri adi möcüzələri

3. Antilop Kanyonu, Arizona

Təbiətin qeyri adi möcüzələri

Arizonanın dillərə dastan olan kanyonu haqqında bilməyənlər yoxdur. Maraqlı rənglərlə diqqət çəkən. Antilop Kanyonu erezoziya nəticəsində sel daşqınlar nəticəsində yaranıb. Navajo bölgəsində olan bu kanyon dünyanın ən çox ziyarət edilən kanyonlar sırasında ilk yerlərdədir.

Təbiətin qeyri adi möcüzələri

4. Daş ağac, Bolivia

Təbiətin qeyri adi möcüzələri

Bu qaya daş "Arbol piedra" həqiqətən də ilk baxışda bir ağacı xatırladır. Ancaq yerli və xarici türistləri çaşdıran qaya parçası ilk görənlərin heyrətinə səbəb olur. Bu qayanın qüvvətli küləklərin təsiri nəticəsində yarandığı bildirilir.

Təbiətin qeyri adi möcüzələri

5. Banyan Ağacı, Hindistan

Təbiətin qeyri adi möcüzələri

Banyan ağacı sizə bu günə qədər gördüyünüz bütün ağacları unutduracaq bir gözəlliyə malikdir. Uzaqdan baxdığınızda bir meşə gördüyünüzü düşünə bilərsiniz ancaq yaxınlaşdıqca bu görünüşü tək bir ağacın ərsəyə gətirdiyini görürsünüz. Bu ağacın hər budağı yerə kök salır və böyüyür. Meşə qoruğu ərazisində olan ağacın 320 dənə qalın, 3 min dənə incə gövdəsi var. Banyan ağacı, 7 min adamın altında istirahət edə biləcəyi ağacdır.

Təbiətin qeyri adi möcüzələri

6. Hoba Meteorit, Namibiya

Təbiətin qeyri adi möcüzələri

60 ton ağırlığındakı bu nəhəng daş bu gün dünyanın ən böyük meteorit daşıdır. Bu daş xüsusi olaraq düşdü yüyerdə sərgilənir. Yaşının 200-400 milyon il arasında olduğu bildirilir meteoritin 80 min il əvvəl yer kürəsinə düşdüyü bildirilir. 1955-ci ildən bu yana milli abidə olaraq təsdiq edilib.

Təbiətin qeyri adi möcüzələri

7. Dragon Ağacı, Socotra adası

Təbiətin qeyri adi möcüzələri

Adada baş verən quraqlıq təbiət hadisəsindən sonra maraqlı bir bitkilər əmələ gəlib. Burada görəcəyiniz ən maraqlı bitki örtüyü isə dragon tree əjdaha ağacı mənasını bildirir. Qəribə görünüşlü bir çətiri xatırladan ağacın gövdəsi qırmızıdır. İnanclara görə köhnə zamanlarda əjdaha qanından qidalandığı bildirilir.

Təbiətin qeyri adi möcüzələri


Ans Press.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Doğurdanda çox gözəl və möcüzəlidir..
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 27 Kasım 2015 19:53
    Bu haqda melumatım vardı.. Tewekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.