Dünyanın əfsanəvi siyasi məhbusları
Bu insanlar siyasi mübarizədə xalqlarının azadlıqları uğrunda mübarizə apardıqlarına görə məhbusluq həyatı yaşamış, tarixə adlarını mübariz və qəhrəman olaraq yazdırmağı bacarmışlar. Sizə fəaliyyətləri boyu siyasi məhbusluq yaşamış tarixi şəxsiyyətlərdən bəzilərini təqdim edirik.
Antonia Gramsci
Antonia Gramsci İtaliya Kommunist Partiyasının qurucusu və müəyyən zaman ərzində lideri olmuş, İtaliyada Faşizmə qarşı mübarizə aparmışdır. 1926-cı ildə Mussolini hakimiyyəti onu Mussolini’nin həyatına sui-qəsd etməkdə günahlandıraraq həbs etmiş, bu da müxalifəti çökdürmək üçün Mussolini’yə əla fürsət vermişdi. Gramsci’nin millət vəkili toxunulmazlığına baxmayaraq, o, həbs edilmiş və məhşur Roma həbsxanası olan Regina Coeli’yə göndərilmişdi. Məhkəməsində dövlət ittihamçısı məşhur “İyirmi il bu beynin çalışmasını durdurmalıyıq” ifadəsini deyir. Həbs edildikdən sonra sağlamlığında ciddi problemlər yarandığına görə, 1934-cü ildə şərti olaraq azadlığa buraxıldı. Azadlığa çıxdıqdan bir müddət sonra – 46 yaşında vəfat etdi. Gramsci Qərb Marksizminin təməlini qoyanlardan və 20-ci əsrin ən önəmli nəzəriyyəçilərindən biridir. Həbsdə olduğu müddətdə “Həbsxana Dəftərləri” əsərini də yazmışdır.
Thomas Mapfumo
Thomas Mapfumo əvvəlcə musiqiylə başladı və özünəməxsus musiqi tərziylə Rhodesia’nın ağ hökmranlarının siyasi bəyanatlarına qarşı çıxışlar etməyə başladı. Mahnıları xalqı Şona dilində oxuyur, zoraki inqilabi çağırışlar edirdi. Mahnının sözlərini bəzi insanlar anlamadığına görə, hökumət də 1979-cu ilədək onun mahnılarının təsrini tam dərk etməmişdi. Nəhayət o ittihamlar olmadan həbs olunur və onun mahnıları qadağan olunur. Thomas 3 ayını ağır rejimli həbsxanada keçirir, xalqın etirazından sonra onu azadlığa buraxırlar. Mapfumo Amerikada yaşayır və indi Zimbabve diktatoru Robert Muqabe əleyhinə kampaniyalarda fəallıq göstərir.
Andrey Saxarov
Andrey Saxarov SSRİ-də nüvə fizikindən insan hüquqları müdafiəçisinə, daha sonra isə öz ölkəsində siyasi məhbusa çevrildi. 1975-ci ildə Nobel Sülh Mükafatı ilə mükafatlandırılıb. Amma Sovet hökuməti Saxarov’a mükafatı almaq üçün ölkəni tərk etməyə icazə verməmişdi. 1980-ci ildə Saxarov Qorki’yə (indiki Nijni Novqrod’a) sürgün edildi. 1984-cü ildə isə həyat yoldaşı SSRİ əleyhdarı olduğu üçün o da Qorki’yə sürgün edildi. SSRİ’nin ona verdiyi bütün nişanları əlindən aldılar. 1986-cı ildə Qorbaçovun sürgün cəzasını aradan qaldırılmasından sonra, Saxarov Moskvaya geri döndü. 1989-cu ildə Xalq Nümayəndələri Məclisinə seçildi və illərcə uğrunda mübarizə apardığı bir çox məqsədin Qarbaçov dönəmində reallaşmasının səbəbkarlarından biri oldu.
Akbar Ganji
Akbar Ganji İranın mübahisəli və tənqidçi jurnalisti, İranda siyasi müxalif aktivistlərindən qabaqcıl nümayəndələrindənbiridir. Gəncliyində İrandakı İslam İnqlabını dəstəkləyənlərdən biri olub. 1990-cı illərinin ortasında bu fikrindən yayındı və İrandakı bir çox cinayətlərdən bəhs edən məqalələrindən sonra 2001-2006-cı illərdə azadlığından məhrum edildi. Həbsdə olduğu müddətdə də İranda molla rejimi əleyhinə olan yazılarını davam etdirirdi. Azadlığa çıxdıqdan sonra İranı tərk etdi və mübarizəsini xaricdə davam etdirdi.
Mahatma Gandhi
Mahatma Gandhi ilk dəfə Cənubi Afrikada Hind birliyinin vətəndaşlıq hüquqları üçün sülhsevər etirazlar etdi. Afrikadan Hindistana qayıtdıqdan sonra kasıb kəndliləri və təqaüdçüləri vergi siyasətinə və ayrıseçkiliyə qarşı etiraz etmələri üçün təşkilatlandırdı. Hindistan Milli Konqresinin öhdəliklərini üzərinə götürərək ölkə səviyyəsində yoxsulluğun azaldılması, qadınların sərbəstliyini, fərqli din və etnik qruplar arasında qardaşlıq, ölkənin iqtisadi adekvatlılığına qovuşması və ən önəmlisi ölkəni xarici hakimiyyətdən azad olunması məsələlərində ölkə xaricində kampaniyalar təşkil etdi. Gandhi Hindistanda alınan Britaniya duz vergisinə qarşı 1930-cu ildə təşkil etdiyi 400 kilometrlik Gandhi Duz Yürüşü ilə ölkəsinin Britaniyaya qarşı etirazlar etməsinə liderlik etdi. 1942-ci ildə Britaniyalılara müraciət edərək Hindistanı tərk etmələrini istədi. Həm Cənubi Afrikada, həm də Hindsitanda bir çox həblərə məruz qalmışdır.
Liu Xiaobo
Liu Xiaobo çinli insan haqqları müdafiəçisi, Nobel Sülh Mükafatçısıdır. Çində demokratiya, insan haqları müdafiəçilərinin öndə gedənlərindən biridir. Müxalif fikirləri və fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunub. Amerikada yaşamasına baxmayaraq, 1989-cu ildə ölkəsinə geri dönür. 1989-cu il Tiananmen Meydan Hadisələrində də iştirak etmişdir. Azad Çin PEN Mərkəzinə 2003-cü ildən bəri sədrlik edən Liu Xiaobo, 2008-ci ildə 303 Çinli intellektual ilə (akademik, hüquqşünas və digərləri) bərabər imzaladığı Çinin demokratikləşməsini təklif edən 08 müqaviləsi səbəbiylə nəzarətə götürülüb. 2009-cu ildə həbs edilmiş və 11 il azadlıqdan məhrum olunmuşdur.. Nobel Sülh Mükafatını da həbsxanada olduğu zaman almışdır.
Benazir Bhutto
Benazir Bhutto müsəlman ölkələri içərisində ilk qadın lider kimi tanınır. Oxford’u bitirdikdən sonra ölkəsinə qayıdan Bhutto atasının həbs olunaraq edam olunmasından sonra bir müddət ev dustağı kimi saxlanılmışdır. 1984-cü ildə xaricə çıxmaq icazəsi alaraq Britaniyaya gedir. Sürgündə atasını qurduğu müxalif Pakistan Xalq Partiyasına liderlik etdi.
Bhutto 2 dəfə Pakistanın Prezidenti seçilmişdir. 1999-cu ildə Pərviz Müşərrəfin hərbi çevriliş edərək hakimiyyətə gəlməsindən sonra, ölkəni tərk etmək məcburiyyətində qaldı. 2007-ci ildə 2008-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək üçün Pakistana qayıtdı. Lakin 2007-ci ildə sui qəsd nəticəsində həyatını itirdi.
Lev Trotski
SSRİ-nin ilk vaxtlarında önəmli siyasətçilərdən biri idi. Stalin ilə girişdiyi siyasi mübarizədə məğlub olduqdan sonra bütün vəzifələrindən azad edilərək, sürgün edildi.
Önəmli Marksist nəzəriyyəçilərindən biridir. Stalin və Mao’nun fikirlərinə qarşı güclü müxalif hərəkatını qurmuşdur. 1940-cı ildə NKVD agenti olan Ramon Mercader adlı Stalinist bir ispaniyalı, özünü jurnalist kimi təqdim edərək reportaj hazırlamaq bəhanəsilə Trotski’nin qaldığı evə getmiş və ilk fürsətdə başına küt alətlə vuraraq Trotski’ni ağır yaralamışdır.. Dərhal mühafizəçiləri otağa daxil olaraq, Mercader’i öldürürlər. Lakin Trotski mühafizəçilərinə “Onu öldürməyin bizə lazım olacaq” demişdi. Aldığı yara səbəbindən səhəri gün Trotski həyatını itirir.
Aung San Suu Kyi
Aung San Suu Kyi Myanma Milli Demokratiya Birliyinin lideri, düşüncə məhkumu kimi tanınır. 1989-cu ildən 2010-cu ilə kimi Burma’da ev məhkumluğu yaşayıb. Bir demokratiya fəalı və siyasətçi kimi o hakimiyyətdə olan hərbi cunta üçün təhlükə hesab olunmuşdur. Bu səbəbdən də, onu uzun müddətli azadlıqdan məhrum etmişdilər. Həbsdə olduğu zaman o yalnız 5 dəfə həyat yoldaşını görmüş, sonra həyat yoldaşı vəfat etmişdir. 1990-cı ildə onun partiyası parlament seçkilərində parlamentdəki yerlərin 81%-ni və səslərin isə 59%-ni qazanmış və bununla da Baş Nazir postuna sahib olmaq imkanı əldə etmişdir. Lakin hərbi diktaturanın səyi nəticəsində o bu posta sahib ola bilmədi. 21 il ev həbsliyindən sonra nəhayət azadlığa çıxdı və 2012-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.
Nelson Mandela
Dünyanın ən məşhur siyasi məhbus olmuş lideri Nelson Mandela’nın fəaliyyəti Cənubi Afrikada iqrçiliyə qarşı yönəlmişdi. 1964-cü ildə Mandela siyasi fəaliyyətinə görə şərlənərək, ömürlük həbsə məhkum olunmuşdu. Mandela cəzasının bir hissəsini Robben adasında, daha sonra isə Pollsmoor həbsxanasında çəkmişdir. 27 il sonra Mandela azadlığa qovuşdu. Nəhayət 1994-cü ildən, 1999-cu ilə kimi Cənubi Afrika Respublikasının prezidenti oldu. 1993-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Mənbə:
KarandashBlog
Fuad Məmmədzadə
KarandashBlog
Fuad Məmmədzadə