9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

08 Aralık 2015
2 395
2
9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri
9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

İncəsənət insanları beyinlərindəki qarmaqarışıqla mübarizə apardıqları halda, üstəlik fiziki xəstəlikləri də olduqda, həyatları əsl işgəncəyə çevrilir. Sağlamlıqlarında olan problemlər təbii olaraq sənətlərinə də yansımış, müxtəlif aspektlərdən təsir göstərmişdir. Sizə xəstəliklərlə mübarizə aparan 9 məşhur rəssamı təqdim edirik:

Amedeo Modigliani (1884-1920)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Modigliani 1895-ci ildə vərəm xəstəliyinə tutuldu. O gündən sonra bu xəstəlikdən canını qurtara bilmədi. Çox yoxsul həyat yaşayan rəssam tuberkloz və meningit səbəbindən 1920-ci ildə vəfat etdi. Modigliani rəsmlərini əsasən tək fiqurlu çəkirdi. Tablolarındakı insanların hamısı uzun sifətli, uzun boyunlu olurdu.

Claude Monet (1840-1926)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Monet ölümlə ilk həyat yoldaşını itirdikdən sonra tanış oldu. İkinci həyat yoldaşı və oğlu da vəfat etmiş Monet çox çətin vaxtlar keçirirdi. Sonra gözündə problemlər yaşayan rəssam, 1923-cü ildə katarakt səbəbindən iki dəfə əməliyyat edildi. Həmin dövrdə bu narahatlığından dolayı əsərlərində qırmızı tonunu çox istifadə edirdi.

Louis Wain (1860-1939)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Wain’in həyat yoldaşı süd vəzisi xərçəngi olduğuna görə, onun üçün pişik rəsmləri çəkərək, əyləndirməyə çalışırdı, lakin bunlar onu yaşatmağa kömək etmədi. Rəssam tənha qaldı. Həmin dövrdə başlayan Birinci Dünya Müharibəsi ucbatından isə tamimilə özünə qapandı. Yoxsulluq və həyat yoldaşının ölümü də vəziyyəti dərinləşdirərək, depressiyaya düşməsinə səbəb oldu. Psixozdan heç cürə can qurtara bilmədi və xəstəliyi şizofreniyaya çevrildi. 57 yaşından sonra meydana çıxan bu xəstəlik onu çox yaradıcı bir mərhələyə saldı. Sənət həyatının sonunda çəkdiyi pişik rəsmləriysə sirri açılmayan rəsmlərə çevrildi.

Van Gogh (1853-1890)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

İlk psixoloji problemini evlənmə təklifini rədd edən Ursula Loyer’dən sonra yaşadı. Hər şeyi yavaş alqılaması səbəbiylə təhsilini yarımçıq qoymalı oldu. Bu boşluqda tez-tez muzeylərə gedir və orada işləyirdi. Melanxolik olan Van Gogh qadınlar tərəfindən tez-tez rədd edilmişdi. Depressiyası get-gedə dərinləşən rəssam psixoloji klinikaya yerləşdirildi və ən əhəmiyyətli 200 əsərini də məhz orada çəkdi. Van Gogh özünü tapanca ilə vuraraq, intihar etmişdi.

Frida Kahlo (1907-1954)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Kahlo 6 yaşındaykən iflic keçirdi və bundan dolayı bir ayağı əlil oldu. Bir ayağı tam inkişaf etmədiyi üçün digərinə nisbətən olduqca incə idi. Bu səbəbdən də dostları ona “Taxta Ayaq Frida” deyirdi. 18 yaşında düşdüyü bir nəqliyyat qəzasına görə 32 dəfə əməliyyat keçirdi. Korsetlər içində yaşayan Frida ürək sıxıntıı və ağrılardan uzaqlaşmaq üçün rəsm çəkməyə başladı. 1945-ci ildə bir ayağı amputasiya edildi. Xəstəlik dövrünü yataraq keçirdiyi və tavanda ayna olduğu mərhələni əsasən avtoportretlərini çəkməklə keçirdi.

Christy Brown (1932-1981)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Christy Brown 23 uşaqlı bir ailənin sağ qalmış 13 uşağından biriydi. Cristy beyin iflici problemi ilə həyata gəldiyi üçün, uzun müddət hərəkət və danışıq qabiliyyəti olmadan yaşamışdı. Lakin anasının inam və əziyyəti sayəsində, o, sol ayağından istifadə edərək yazı yazmağı və rəsm çəkməyi bacardı. Christy sadəcə bir rəssam deyil, həm də yazıçıydı. Onun ən məşhur əsəri Sol Ayağım adlı kitabdır.

Pablo Picasso (1881-1973)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Ötən əsrin ən məşhur rəssamı miqren xəstəliyindən əziyyət çəkirdi. Pablo Picasso rəsmlərindəki yarıqlar və axan üz parçalarının çox görünməsi də bu xəstəliklə əlaqələndirilir.

Maurice Utrillo (1883-1955)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Anası sirk akrobatlığı və rəssamlara modellik edir, eyni zamanda özü də rəsm çəkirdi. İçki düşkünlüyü Utrillo’nun bədəninə zərər verir və bu da psixoloji klinikaya yerləşdirilməsinə səbəb olur. Ətrafının təkidiylə rəsm çəkməyə başlasa da, bu onun içki düşkünlüyünün qarşısını ala bilmədi. İntihara cəhd etdiyinə görə ikinci dəfə klinikaya yerləşdirildi. Həyat yoldaşı buna dözə bilməyib, vəziyyətə müdaxilə etdi. Ölümünə qədərə həyat yoldaşı sayəsində problemsiz həyat yaşaya bildi.

Leo Nardo da Vinci (1475-1564)

9 məşhur rəssamın xəstəliklərinin sənətlərinə təsiri

Rəssam, heykəltaraş, memar və şair olan seviyyesiz nomre 2 saytardo da Vinci’nin disleksiya xəstəliyi var idi. Ölümündən sonra gündəliyini araşdıran və aydınlaşdırmağa çalışan tədqiqatçılar, rəssamın nə yazdığını uzun müddət tapa bilmirdilər. Halbuki, sənətkar xəstəliyi ucbatından gündəliyini əks istiqamətdən yazır və bu da ancaq düzgün tutulduğu təqdirdə oxuna bilirdi.


pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AgoRa.
    maraqli xeberdi cox saqol
  2. glamour
    maragli melumatdi cox saolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.