Bədən quruluşu tipinizi bilirsiniz? - TEST

21 Aralık 2015
4 135
0
Bədən quruluşu tipinizi bilirsiniz? - TEST

Bədən quruluşu tipinizi bilirsiniz? - TEST

İnsanların bədən quruluşu 3 tipə bölünür - normostenik, hiperstenik, astenik.
Normostenik bədən quruluşu olan insanların bədəni proporsional olur.


Belə bədən quruluşu gözəl sayılır.

Hiperstenik bədən quruluşu olan insanların sümükləri ağır və enli, döş qəfəsi enli, ayaqlar bədənə görə qısa olur. Digər bədən quruluşu olan insanlardan fərqli olaraq hipersteniklər artıq bədən çəkidən daha tez-tez əziyyət çəkirlər.


Astenik bədən quruluşu olan insanların sümükləri nazik və yüngül, qol və ayaqları uzun, əzələlər zəif inkişaf olunmuş, döş qəfəsi ensiz, boynu uzun və nazik olur. Digər bədən quruluşu olan insanlardan fərqli olaraq asteniklər artıq bədən çəkidən daha az hallarda əziyyət çəkirlər.








Əgər Siz öz bədən quruluşunuzun tipini öyrənmək istəyirsinizsə, bunun üçün sağ biləyin ən nazik yerini ölçün.
Nəticəni cədvəldəki rəqəmlərlə müqayisə edin.




Bədən quruluşu tipi
Solovyov indeksi (kişilər)
Solovyov indeksi
(qadınlar)
Normostenik
18-20
15-17 sm
Hiperstenik
20 sm-dan çox
17 sm-dən çox
Astenik
18 sm-dan az
15 sm-dən az



RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.