Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”

25 Aralık 2015
5 362
2
Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”
Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”

Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”

“Dəvəquşu qorxduğu zaman başını quma salır və təhlükənin keçməsini gözləyir,” – böyük ehtimalla siz də bu cümləni eşitmisiniz. Lakin bildirək ki, bu tamamilə boş əfsanədən başqa bir şey deyil.

Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”

Əslində dəvəquşular başlarını təhlükədən qaçmaq üçün torpağın altına salmırlar. Bunun səbəbi təkcə torpaq altında nəfəs almağın mümkün olmaması deyil, həm də dəvəquşunun gücü və dözümü nəzərə alındıqda, başını torpağa basdırmaqdan daha yaxşı yollar tapa bilmək bacarığıdır. Belə ki, dəvəquşular iki ayaq üzərində ən sürətli qaçan heyvanlardır və təhlükə zamanı qaçmaq lazım olduğunda saatda 64 km sürətlə qaça bilirlər. Dözümlülük də onlar üçün problem deyil, çünki hərəkətli şəkildə saatda 48 km yol qət edə bilirlər. Əgər bu da sizi inandırmırsa, onu qeyd edək ki, dəvəquşuların təbii müdafiə mexanizmlərini dəyərləndirsək, gizlənmək üçün heç bir səbəblərinin olmadığını görərik. Dəvəquşular təxminən 3 metr hündürlükdə, 160 kq ağırlıqda ola bilirlər və təhlükə anında olduqda hətta şiri də bir təpiklə öldürə bilərlər. Bütün bunları nəzərdən keçirdikdən sonra başa düşürük ki, dəvəquşuların gizlənmək üçün heç bir səbəbi yoxdur.

Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”
Ngorongoro

Bəs yaxşı, “dəvəquşu başını qumda gizlədir” mifi nədən qaynaqlanır?

Əslində bu vəziyyət dəvəquşuların yaxşı ana-ata olmasıyla əlaqəlidir. Ailəq qurmaq vaxtları gəldikdə, dəvəquşuları 1.5-2 metr böyüklüyündə və 0.5-1 metr dərinliyində böyük çuxur qazıyırlar. Yumurtalarını bu çuxura yerləşdirirlər. Daha sonra isə ana və ata sırayla balaları yumurtadan çıxmağa hazır olana qədər torpağın üzərində otururular. Gün ərzində bir neçə dəfə ana və ata dimdiklərindən istifadə edərək, yumurtaları çevirirlər. Uzaqdan baxıldığı zaman yumurtanı çevirməkdə olan dəvəquşu sanki başını torpağın altına salıbmış kimi görünə bilir.


Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”

Bundan əlavə, dəvəquşular yerdəki otları yeyərək bəslənirlər. Başları gövdələrinə nisbətən çox kiçik olduğu üçün, yenə də uzaqdan baxanlar ot yeməkdə olan dəvəquşunun başını torpağın altında sana bilər. Həm də dəvəquşular təhlükə sezdikləri zaman yerə oturur və başını aşağı salır. Bu da uzaqdan səhv görülə bilər.

Daha bir mif: “Dəvəquşu qorxanda başını quma salır”


Pahoo.az/BilimFili.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AluRa
    • AluRa
    • 26 Aralık 2015 21:06
    Bu mifi hec bilmirdim ki yalan oldugunu da dusunmus olum xD Amma bu xeber sayesinde melumatim olmus oldu.Tesekkurler
  2. allah bendesi
    cox sag olun xeber ucun mende yalniw melumati bilirdim..sayenizde oyrenmiw oldum.ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.