Yeni makiyaj trendi: qaşıq fırçalar – FOTOLAR

15 Ocak 2016
2 491
1
Yeni makiyaj trendi: qaşıq fırçalar – FOTOLAR
Yeni makiyaj trendi: qaşıq fırçalar – FOTOLAR

Gözəllik sektoru ildən-ilə böyüyür, bu sahədə fəaliyyət göstərən şirkətlərin gəlirləri isə sürətlə artır. Odur ki, tez-tez yeni makiyaj trendləri yaradılır. Ötən il tonal kremləri fırçadan daha yaxşı tətbiq etdiyi deyilən makiyaj süngərləri dəbdə idi. Bu il isə makiyajda əsas trend qaşıq fırçalar olacaq.

Artıq bir çox məşhur bloqqerin sevimlisinə çevrilən bu fırçalar normal fırçadan daha yaxşı və tez yayır. İlk baxışda mətbəx alətinə bənzəyən həmin fırçalar xüsusilə də, makiyaj etməyə yeni başlayanlara tövsiyə edilir. Çünki fırçanı necə tutmalı olduğunuzu bilməsəniz belə, makiyajın mükəmməl alınacağı iddia edilir.

Qaşıq fırçalar xüsusi materialdan hazırlanır. Heyvan tükündən istifadə edilmədiyi üçün allergiya və ya astmadan əziyyət çəkənlər də istifadə edə bilərlər.

Qeyd edək ki, qaşıq fırçaların qiyməti olduqca bahadır. Belə ki, tək fırçaların qiyməti 40, dəst halında satılanların isə qiyməti 450 dollardan başlayır.


Yeni makiyaj trendi: qaşıq fırçalar – FOTOLAR

Yeni makiyaj trendi: qaşıq fırçalar – FOTOLAR
Növbəti Xəbər
RƏYLƏR
  1. SAVAS
    • SAVAS
    • 15 Ocak 2016 16:22
    daha neler gorecik qizlar baxsin bizlik deyil
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.