Snapchat nədir və niyə bu qədər populyarlaşır?
Son illərdə istifadəyə verilən ən uğurlu sosial platformalardan biri də Snapchat’dir.
Hətta ən ciddi tədbirlərdə də bu şəbəkədən istifadə edilməsi, artıq böyüklü-kiçikli hər kəs tərəfindən platformanın mənimsənilməsinin sübutudur. Məsələn, ABŞ-ın indiki baş naziri və növbəti prezident olmağa namizəd Hilary Clinton da iştirak etdiyi verilişlərin birində bu proqramdan istifadə edərək, dediklərimizin nə qədər doğru olduğunu bir daha sübut etmişdir.
Azərbaycanda hələ də xüsusi populyarlıq qazanmamış olan bu platforma nədir və necə yaranıb? Niyə bu qədər populyarlaşıb? Onu digər sosial şəbəkələrdən fərqli edən nədir? Sizinlə Snapchat barədə lazımlı bütün məlumatları paylaşmaq qərarına gəldik:
Snapchat nədir?
“Snapchat” 1-10 saniyə müddətində video və ya fotoşəkil göndərə biləcəyiniz mobil tətbiqdir. Həm İOS, həm də Android platformalarda istifadəsi mümkün olan bu proqramın ən sevilən xüsusiyyəti isə göndərilən media fayllarının (foto, video) ən çox 10 saniyədən sonra silinmədir. Bu da media fayllarının təhlükəsizliyi və başqalarının onları yükləmək imkanı olmaması kimi xüsusi üstünlüklər yaradır. Təbii olaraq, gənclərin bu xüsusiyyət çox xoşuna gəlir. Hər gün 700 milyon video və fotolar əlavə edilən mesajların göndərilməsi də bunun sübutudur.
Şəbəkədə dönüş nöqtəsi olan özəllik
Sosial media “oğrular”ı da müasir dövrün bir başqa baş ağrısıdır. Sizin şəxsi səhifənizdə paylaşdığınız hər hansı bir şeyi asanlıqla götürə və digər yerlərdə paylaşa bilirlər. Ən çətini də onun kim olduğunu tapmaqdır. Bu da insanları ən çox əsəbləşdirən məqamlardan birinə çevrilib.
Bu boşluğu görən Snapchat qurucuları Evan Spiegel, Bobby Murphy və Reggie Brown məsələyə lazımlı tərəfdən yanaşaraq uğur qazana bildilər. Onların tələbəlik illərində qurduqları proqramlardan biri də buna bənzəyirdi – sizin bu app-də yazdığınız hekayələr sadəcə 1 sutka qalır və oxunduqdan sonra avtomatik silinirdi. Onlar ilk əvvəl anı tutmaq üçün çəkilən foto və videoların göndərilməsini mümkün edən, müəyyən müddətdən sonra isə avtomatik silinən platforma yaratmaq istəyirdilər. Əslində snapchat də ilk əvvəl sadəcə bu xidmətləri təklif edən bir platforma kimi yaranmışdı. İndi isə mesajlaşma, foto-video paylaşımı, hətta müəyyən kanalların həftəlik xəbər buraxılışlarının yayımlandığı platformaya çevrilib.
Yeni nəslin ən sevimli sosial şəbəkəsi
Snapchat proqramında göndərilən mesajın sadəcə 10 saniyə qalması xüsusilə yeni nəslin daha çox xoşuna gəldi. Təhlükəsizliyinə daha düşkün olan yeni nəsil snapchat istifadəçilərinin böyük hissəsini təşkil edir. Məsələn, Facebook’un yaş ortalaması 40 olduğu halda, Snapchat’ın istifadəçilərinin ortalama yaşı cəmi 18-dir.
İstifadəsi olduqca rahatdır
Snapchat kamerasının yuxarı kənarlarından flaş özəlliyini, mətn əlavə etməyi və göndərilən mesajın neçə saniyə qalacağını müəyyən edərək mesajı göndərirsiniz. Digər mesajlaşma xidmətləri kimi dost siyahınızı yarada bilirsiniz. Hər istifadəçinin barkodu olduğu Snapchat’da, hər hansı bir istifadəçinin barkodunu kameranıza oxutduqda, həmin şəxsi avtomatik olaraq dostluğa əlavə etmiş olursunuz.
Partnyor şirkətlər də diqqətlə seçilir
“Snapchat” daha əvvəl də qeyd etdiyimiz kimi, istifadəçinin video çəkməsini və bu video üzərində mesaj yazmaq, məyyən rəsm çəkərək öz nəzarəti altında olan dost siyahısıyla paylaşa bilməsini mümkün edən sosial platformadır. Bu şəbəkə ancaq gəlir məqsədi olmayan müxtəlif təşkilatlarla işləyir. Əməkdaşlıq etdikləri əsas şirkətlər internet təhlükəsizliyi üzərində aparılan işlərdə böyük rol oynayan Connect Safely, UK Safer Internet Centre, iKeepSafe ve Net Family News (alələr üçün texnologiya platforması) kimi şirkətlərdir.
Pahoo.az