Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto
Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

İnsanlar mübariz varlıqlardır. Çətin şəraitdə də yaşamaq üçün uyğun şərtlər yaratmaq gücünə malikdirlər. Bunun ən böyük sübutu isə dünyanın ən soyuq yerlərində də yaşayış məskənlərinin olmasıdır.

Dünyanın ən soyuq yeri hesab edilən Rusiyanın Oymyakon kəndində də çox sayda insan yaşayır. Qış aylarında hava temperaturunun -50°C olduğu kənddə 1924-cü ildə -71.2°C temperatur qeydə alınmışdı. Macəraları sevən fotoqraf kimi tanınan Amos Chapple da bu kəndə getmiş və kəndlə yanaşı, yaxınlıqdakı şəhər mərkəzi Yakutskda da bir-birindən heyrətamiz fotolar çəkməyi bacarmışdır. Bütünlükdə 5 həftə keçirdiyi bu fotolayihə çərçivəsində lentə aldığı kadrlar hər kəsin böyük marağına səbəb olmuşdur.


Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

1. Amos Chapple səyahətinə Saxa bölgəsinin paytaxtı hesab edilən Yakutskdan başlayıb. Bu isə dünyanın ən soyuq paytaxt şəhəri hesab edilir.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

2. Şəhərdən təxminən 300.000 insan yaşayır və havanın temperaturu qışda təxminən mənfi 30 dərəcəyə qədər düşür.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

3. Chapple deyir ki, bu soyuğa baxmayaraq, şəhərin insanları olduqca istiqanlı və qonaqpərvərdirlər. Üstəlik onlar bu havada yaxşı geyinməyi də bacarırlar.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

4. Bəs burada yaşayanlar soyuqla necə mübarizə aparırlar? Chapple deyir ki, onlar bunu “rus çayı” adlandırdıqları “vodka” – araq ilə edirlər.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

5. İlk əvvəl kiçik qonaq evlərində qalan Amosu daha sonra yerlilər öz evlərində qonaq etməyə başlayıblar.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

6. Fotoqrafın dediyinə görə bu bölgədə qiymətli daş biznesi sayəsində güclü və stabil iqtisadiyyat formalaşır.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

7. Soyuq müharibənin izləri burada daha az görünür.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

8. Yakutsk dünyanın ən soyuq qəsəbəsi olan Omyakona açılan bir qapıdır.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

9. Burada maşınlar gecə-gündüz hərəkət etdiyi üçün, kiçik yanacaqdoldurma məntəqələri 24 saat açıqdır.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

10. İki gün yolda qalan fotoqraf Cafe Cuba adlandırılan bu kiçik kafedə yaşayıb.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

11. Kəndin girişində kommunizm dövründən qalmış abidə var. Abidənin üzərində “Oymyakon – Soyuğun qütbü” sözləri yazılıb.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

12. Sibirdə danışılan Even dilində Oymyakon sözü donmuş su deməkdir.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

13. Kamera istifadə etmək də bir o qədər çətindir. “Ağzımdan çıxan buxar siqaret dumanı qədər çox idi, buna görə də foto çəkərlən nəfəsimi saxlamaq məcburiyyətində qalırdım,” deyir.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

14. Bu soyuq fotoqrafa kəskin təsir edib.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

15. Soyuq olduqca şiddətli olduğu üçün, evlərə borularla su çəkmək qeyri-mümkündür. Buna görə də, ayaqyoluların hamısı küçədədir.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

16. Torpaq donduğu üçün, vəfat edənləri dəfn etmək də çətinliklə alınır. Torpaq bir neçə saat əvvəlcədən qızdırılır.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

17. Chapple kənddə danışmağa adam tapmaqda çətinlik çəkirmiş. İnsanların yarısı soyuqdan üzlərini bağlayıb qaçır, yarısı da sərxoş olurlar.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

18. Daha çox heyvandarlıqla məşğul olurlar və bundan əlavə ağır texnikayla da bəzi işlərin öhdəsindən gəlirlər.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

19. Daha çox ət şorbası yeyirlər. Bundan başqa çiy balıq və at ciyəri yeməyi sevirlər.

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

20. Yakutlar tarixlərinə və ənənələrinə bağlı insanlardır.


Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto

Dünyanın ən soyuq yerində yaşamağı təsvir edən 20 foto


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox sag olun paylawim ucun.ellerinize sagliq
  2. AluRa
    • AluRa
    • 29 Ocak 2016 17:03
    Oranin camaati artiq oranin havasina uygunlasib.Bizde ordaki soyugun yarisi qeder soyuq olsa butun Azerbaycan iflic olar
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.