Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

09 Şubat 2016
2 600
1
Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur
Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Bu gün bizi vaxtsız tərk edən sevimli ictimai və incəsənət xadimlərini yad etmək qərarına gəldik. Onlar aramızdan çox tez ayrılsalar da, hər zaman insanların xatırladıqları və sevdikləri insan olaraq qalmağa davam edirlər. Sənətləriylə hər kəsin yaddaşına həkk olunan bu istedadları insanları bir daha yad edək.

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Ələkbər Əmi

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Azərbaycanın əməkdar artisti, xüsusilə də uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı işləmişdi. Onu maraqlı şoularına uşaqlar saatlarla baxa bilərdi. Lakin onu qəfil ölüm bizim əlimizdən aldı. Ələkbər Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra 2007-ci ildə 47 yaşında bu dünyadan ayrıldı.

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Gülşən Qurbanova

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Hər zaman nikbin və işıq saçan bir qadın olan Gülşən Qurbanova “gülüş mənim müdafiə reaksiyamdır,” deyirdi. Onun ölümü də hər kəs üçün şok olmuşdu. Ekranlarda daima gülərüz görüyümüz qadın əslində sağlamlığı ilə ciddi mübarizələr aparmalı olurdu. Onun 4 dəfə infarkt keçirdiyi çox az adama bəlli idi. Təəssüf ki, ürəyi onu da, bizi də yarı yolda qoydu və aktrisa 2006-cı ildə 55 yaşında bizi vaxtsız tərk etdi.

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Telman Adigozelov

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Telman Adıgözəlov o aktyorlardan idi ki, onu kiçikdən böyüyə hər kəs sevirdi. Hətta epizodik rollarıyla da hər kəsin sevimlisinə çevrilməyi bacarırdı. Lakin, təəssüf ki, aktyor 2010-cu ildə ürək çatışmazlığından 56 yaşında qəfildən vəfat etdi. Aktyor Ramiz Novruz Telman Adıgözəlovun vaxtsız vəfatını şərh edərkən, bu sözləri demişdi: “Telman Adıgözəlov uzun illər bizi nə qədər sevindirmiş, sevinc bəxş etmişdisə, gözlənilməz ölümü ilə hər şeyin əvəzini çıxdı.”

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Rüfət Mehdiyev

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Rüfət Mehdiyev çox gözəl səsi və mahnılarıyla bir çoxlarının sevimlisinə çevrilmiş müğənni idi. Xüsusilə də, onun “Darıxdım” mahnısı hər kəsin dillər əzbəri olmuşdu. Olduqca sadə və səmimi insan olan Rüfət Mehdiyev də çox cavan yaşında bizi tərk edən məşhurlardan biri oldu. 2011-ci ildə 41 yaşında insultdan vəziyyəti ağırlaşan müğənni, bu mübarizədən məğlub çıxdı və dünyaya gözlərini yumdu.

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Anar Məmmədxanlı

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

O hamının sevimlisi olan tanınmış ictimai xadim idi. İti ağlı, səmimiyyəti və əla yumor hissi olan Anar 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuşdu. Bu isə onun xalq arasında daha çox sevilməsinin əsas səbəblərindən biri idi. Təəssüf ki, Anarı da ürəyi yarı yolda buraxdı. Hamının sevimlisi 2011-ci ildə ürək dayanmasından vəfat etdi.

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

Hüseyn Dərya

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

O böyük karyeraya 2000-ci ildən başlamışdı. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilmişdi. “Kef elə” mahnısı ilə məşhurlaşmış və bunun sayəsində böyük fanat ordusu yaranmışdı. Onun konsertlərində yer tapmaq müşkül məsələ idi. Lakin, təəssüf ki, psixoloji olaraq buna tam hazır olmayan Hüseyn müxtəlif zərərli vərdişlərin qurbanına çevrilmişdi. Daha sonralar sağalsa da, artıq əvvəlki kimi ayağa qalxa bilmədi. Nəticədə böyük depressiya keçirən reper, həm də vaxtsız faicəvi ölümlə rastlaşdı. Belə ki, 2014-cü ildə Hüseyn Dərya 38 yaşında olarkən faciəvi avtomobil qəzasında həyatını itirdi.

Bizi vaxtsız tərk edən 6 azərbaycanlı məşhur

RƏYLƏR
  1. allah bendesi
    Anar Memmedxanli ve Rufet Mehdiyev bunlari tanimira.ama o birilerinin olumu heqiqeten insani sarsitdi.ALLAH Hamisini rehmet etsin..Mekanlari cennet olsun.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.