"Crazy Cake" (foto-resept)

27 Şubat 2016
1 865
1
"Crazy Cake" (foto-resept)
"Crazy Cake" (foto-resept)

Crazy Cake - ("Dəlisov piroq") amerikan piroqudur. Onu defisit vaxtı fikirləşiblər. Sadə tərkibinə rəğmən dadı qeyri-adidir. Tərkibində yağ yoxdur, amma yağlı tortlardan dadına görə heç də geri qalmır.

Tərkibi:

2 st. süd
2 st. un
1,5 st. şəkər tozu
6 x.q. kakao
4 ç.q. qabartma tozu

krem:
2 st. süd
1 st. şəkər tozu
3 x.q. un
1 yumurta


Hazırlanması:

Un, şəkər tozu, kakao və qabartma tozunu qarışdırın.
İsti südü üzərinə töküb yüngülcə qarışdırın (tam qarışmalıdır).
Formaya töküb 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Krem: Südü qaynadın. Yumurtanı şəkər tozu və unla çalın, qarışdıra-qarışdıra qaynar südü əlavə edin, sonra ocağın üstünə qoyun, qarışdırmağı dayandırmadan qatılaşanadək bişirin.
Şokoladlı biskviti 2, yaxud 3 korja bölün, isti kremi aralarına çəkin.
Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.


"Crazy Cake" (foto-resept)

"Crazy Cake" (foto-resept)

"Crazy Cake" (foto-resept)

"Crazy Cake" (foto-resept)

"Crazy Cake" (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilka
    • ilka
    • 4 Mart 2016 16:11
    ne hasantdi.biwirecem.gorum dadi nece lacaq.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.